Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi
11.02.2017 [10:28]
Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. BMT-nin hazırladığı hesabatda göstərilir ki, 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı ilə üz-üzə qalmaq təhlükəsi var. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Hətta son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığını vurğulayanlar da yetərincədir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq kimi istifadə etməyə üstünlük verir.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatının qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Qeyd edək ki, Azərbaycan ərazisində içməyəyararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Ümumiyyətlə, su təminatı Azərbaycan üçün hər zaman aktual olub və tarixən bu yöndə çox mühüm addımlar atılıb. Bu baxımdan, bu il istismara verilməsinin 100 illiyini qeyd etdiyimiz Bakı-Şollar su kəmərinin önəmi xüsusi vurğulanmalıdır.
Qeyd edək ki, “Şollar” Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığında Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi 20-ci əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ildir ki, Bakı əhalisini su ilə təmin edir.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Məhz bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Onun sözlərinə görə, “Şollar” artezian üsulu ilə qazılmış 24 quyunun, eləcə də lay və bulaq sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşədə qazılıb. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı, demək olar ki, dəyişməyib. “Şollar” ilin bütün dövründə orta hesabla saniyədə 1200-1300 litr su verir.
A.Cəbrayıllı bildirib ki, bu gün su kəməri H.Z.Tağıyev qəsəbəsinədək öz axını ilə gəlir, buradan da nasoslarla Bakı şəhərinə ötürülür: “Şabran, Siyəzən rayonları, həmçinin yolboyu bəzi yaşayış məntəqələri, H.Z. Tağıyev qəsəbəsi Şollar suyundan birbaşa istifadə edir. Bakı şəhərinə isə birbaşa deyil, digər su mənbələrindən gələn su ilə qarışdıqdan sonra verilir. Hər gün digər sular kimi Şollar suyunun da “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq həm mənbələrdə, həm Tağıyev qəsəbəsində, həm də anbarlarda tərkibi yoxlanılır. Şollar suyu yeraltı su olduğundan heç bir təmizləməyə məruz qalmadan birbaşa kəmərə vurulur. H.Z.Tağıyev qəsəbəsində xlorlanaraq nasoslarla Bakı şəhərinə vurulur”.
Onu da qeyd edək ki, Şollar yeraltı təbii su olduğundan onun keyfiyyəti də yüksəkdir. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, Şollar suyu keyfiyyət və ekoloji təmizlik baxımından çox yüksəkdir. Onun sözlərinə görə, bulaq sularının təbii minerallarla zənginliyini nəzərə alsaq, Şollar suyunun da insan sağlamlığı üçün nə qədər önəmli olduğunu şərh etməyə ehtiyac qalmır. “Əlbəttə ki, Şollar suyu hər zaman məşhur olub. Təsadüfi deyil ki, dadlı su içəndə onu məhz Şollar suyuna bənzədirik. Ümumiyyətlə, Bakı-Şollar su kəməri vaxtilə Abşeron yarımadasının çox böyük bir hissəsini su ilə təmin edib. Hazırda isə Bakı şəhərinə bir neçə istiqamətdən su gəlir və paytaxtın 80 faizi fasiləsiz su ilə təmin olunur. Amma bütün hallarda Şollar suyu öz şöhrətini hər zaman qoruyub saxlayacaq. Bu gün Bakı-Şollar su kəmərinin istifadəyə verilməsinin 100 illiyinin qeyd olunması da bu fikri sübut edir”, - deyə M.Quliyev vurğulayıb.
Xaçmaz rayonundan seçilmiş millət vəkili Eldəniz Səlimov da hesab edir ki, mənbəyini bu rayonun Şollar kəndindən götürən Bakı-Şollar su kəməri tariximizdə xüsusi yerə malikdir. Çünki ötən əsrin əvvəllərindən bu kəmər Abşeron rayonunun içməli su ilə təminatında misilsiz rol oynayıb. Xaçmaz rayonunun gözəl yerüstü təbiətə malik olduğunu deyən E.Səlimovun sözlərinə görə, bu bölgənin yeraltı sərvətləri də eyni dərəcədə əhəmiyyətə malikdir. Məhz bu səbəbdən də Xaçmazda turizmin geniş inkişaf etdiyini söyləyən millət vəkili əlavə edib ki, rayon ərazisində təbii bulaqlar var ki, əhali bu imkanlardan geniş istifadə edir. “Təbii ki, Xaçmazda bulaqlardan, yeraltı su ehtiyatlarından danışarkən Şolların əhəmiyyəti xüsusi vurğulanmalıdır. Çünki 100 ildir ki, Şollar suyu Bakı şəhəri və Abşeron yarımadasının içməli su təminatında misilsiz rol oyanır. Bu əlamətdar hadisə rayonumuz və onun əhalisi üçün də çox qürurvericidir”, - deyən E.Səlimov qeyd edib ki, ötən dövrdə adıçəkilən su kəmərinin başlandığı yerdə böyük işlər görülüb, müvafiq texnologiya və avadanlıqlar yenilənib. Görülən bu işlər də su kəmərinin rentabelliyini qoruyub saxlamaq baxımından önəmlidir.
Millət vəkili bildirib ki, bütövlükdə son illər respublikamızda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Onun sözlərinə görə, bu məqsədlə bütün bölgələrdə infrastruktur qurulur: “Son illərdə bütün ölkə boyu müasir infrastruktur qurulmasından söhbət açarkən su təchizatı sisteminin intensiv şəkildə yenilənməsini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanın ölkədə etibarlı və səmərəli su təchizatı sistemi yaradılmasına ciddi önəm verməsi isə heç də təsadüfi deyil. Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Ona görə də dövlətimizin bu məsələyə xüsusi diqqət yetirməsi təbiidir. Bu gün Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında respublikanın bir çox bölgələrində su təminatı ilə əlaqədar yeni infrastrukturlar yaradılır”.
Əlbəttə, sadalananlar bu gün 100 yaşı qeyd edilən məşhur “Şollar” su kəmərinin paytaxt sakinlərinin su ilə təmin olunmasında nə qədər böyük əhəmiyyətə malik olduğunu ortaya qoyur. Lakin Bakı şəhərinin su təminatının daha etibarlı və davamlı həyata keçirilməsi üçün yalnız bu mənbədən istifadə olunmur. Hələ sovetlər dövründə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kür çayından Bakı şəhərinə su kəmərinin çəkilməsi reallaşıb. Müstəqillik illərində isə Ümummilli liderimizin ideyası əsasında, Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib ki, bunun da sayəsində bu gün Bakı şəhərinin 80 faizi fasiləsiz su ilə təmin edilib.
Son illərdə ölkəmizdə müasir su layihələrindən söhbət açarkən 2015-ci ilin ikinci yarısında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksini xüsusi qeyd etmək lazımdır. Bu, dünya miqyasında ən iri və ən mükəmməl sutəmizləyici kompleksdir və belə bir obyektin Abşeronda yaradılması tarixi hadisədir. Yeni kompleksin əsas obyekti ultrasüzgəcli sutəmizləyici qurğudur. Ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir.
Beləliklə, Azərbaycanın su təhlükəsizliyi, əhalinin içməli su ilə yüksək səviyyədə təmin olunması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu yöndə Azərbaycanda görülən işlər arasında Bakı-Şollar su kəmərinin istifadəyə verilməsi tarixi əhəmiyyət kəsb edir. Məhz bu önəmin göstəricisidir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun müvafiq əmri ilə Bakı-Şollar su kəmərinin istismara verilməsinin 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanıb. Ümumilikdə isə bu kəmərin hələ uzun illər xalqımıza xidmət edəcəyi şübhəsizdir.
Nardar BAYRAMLI
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

