IV Beynəlxalq multikulturalizm məktəbi Şəkidə fəaliyyətə başlayıb
14.02.2017 [09:21]
Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı 3 ilə yaxın müddət ərzində çoxsaylı əhəmiyyətli layihələr gerçəkləşdirir. Bu layihələrdən biri də mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu layihə BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamı kimi həyata keçirilir. Tədris layihəsi çərçivəsində hazırda dünyanın, həmçinin ölkəmizin qabaqcıl ali təhsil ocaqlarında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil edilən qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görüb şahid olmalarına imkan yaratmaqdır. Sayca dördüncüsü reallaşan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq sevgiyə çevrilməkdədir. Bu sevginin təzahürüdür ki, III Beynəlxalq multikulturalizm məktəbində “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu yaradıldı və hazırda 200-dən çox üzvlə fəaliyyət göstərir. Klubun üzvlərinin timsalında artıq xaricdə Azərbaycanı sevən, haqq işini dəstəkləyən lobbi formalaşıb, yeni əməkdaşlıqlar və dostluqlar yaranıb. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, indi dünyada Azərbaycanın həqiqətlərini ölkəmizin dostları müdafiə edirlər.
Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?
Fevralın 13-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı növbəti Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb.
Əvvəlcə tələbələr Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarına əklillər və gül dəstələri qoyublar. Sonra onlar Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarətdən sonra qış məktəbinin iştirakçıları Şəkiyə yola düşüblər.
Tələbələrə “İslam həmrəyliyi bizə nə verir? Azərbaycan - tolerantlıq yurdu” mövzusunda videoçarx təqdim ediləcək.
Videoçarxda tələbələrə müasir dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda Azərbaycanın milli həmrəyliyin qurulmasına nail olaraq dünyada tolerantlıq yurdu kimi tanınması ilə bağlı məlumat veriləcək. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant, multikultural ölkələrindən biridir. Videoçarxda Azərbaycanın dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarına, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, Ümumdünya Şahmat Olimpiadası, I Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi kimi mötəbər idman yarışlarına ev sahibliyi etdiyi, həmçinin IV İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçiriləcəyi öz əksini tapıb.
Videosüjetdə Ulu öndər Heydər Əliyevə istinad edilərək Azərbaycan xalqının öz xarakterinə görə yüksək tolerantlıq hissinə malik olduğu qeyd edilir. Təqdimatda Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi multikulturalizmin və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xətt olmasının sübutu kimi dəyərləndirilir.
Fevralın 13-20-də keçiriləcək IV Beynəlxalq Multikulturalizm qış məktəbində Azərbaycanla yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərində təhsil alan tələbələr iştirak edəcəklər. IV Beynəlxalq multikulturalizm məktəbi ərzində yerli mütəxəssislər, eyni zamanda, xarici alimlərin təqdimatında ölkəmizdəki milli və dini müxtəliflik, İslam həmrəyliyinin vacibliyi, Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi, Azərbaycan Respublikasının multikulturalizm siyasəti mövzusunda mühazirələr dinləniləcək. Azərbaycanın multikultural və çoxkonfessiyalı unikal məkanlarına səfərlər, görkəmli dövlət, din xadimləri, eləcə də ölkəmizdə yaşayan müxtəlif dini, etnik icmaların nümayəndələri ilə görüşlər təşkil olunacaq.
Xatırladaq ki, indiyədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən 2015-ci il 22 iyul-1 avqust, 2016-cı il 8-15 fevral, 2016-cı il 18-27 iyul tarixlərində də beynəlxalq multikulturalizm məktəbləri fəaliyyət göstərib.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

