/ / “Artkaspi.az” ədəbi-mədəni saytı və “Kaspi” maarifçilik meydanı” kitabı ictimaiyyətə təqdim edilib
“Artkaspi.az” ədəbi-mədəni saytı və “Kaspi” maarifçilik meydanı” kitabı ictimaiyyətə təqdim edilib
18.02.2017 [10:04]
“Kaspi” maarifçilik meydanı” kitabı Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün zəngin xəzinədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 17-də Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimat mərasimində səsləndirilib.
Mərasimini giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov əvvəlcə “Kaspi” qəzetinin yaranma tarixi haqqında məlumat verib. Bildirib ki, müxtəlif zamanlarda “Kaspi” qəzetində dərc olunan əsas materiallar toplu şəklində “Kaspi” maarifçilik meydanı” nəşrində yer alıb. Kitabda ömrünü-gününü xalq yolunda, millətinin istiqlalı uğrunda fəda etmiş ziyalılarımız haqqında oxuculara ətraflı məlumat verilir.
Sonra “Kaspi nəşrləri” layihəsinin rəhbəri, kitabın ideya və “Ön söz”ünün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva nəşrlə bağlı fikirlərini bölüşüb: “Kaspi - maarifçilik meydanı” adlanan bu kitab XIX əsrin sonu - XX əsrin əvvəllərində ağır, məşəqqətli, lakin şərəfli fəaliyyət yolu keçmiş Azərbaycanın görkəmli maarifçi mütəfəkkirlərinin ruhuna növbəti minnətdarlığımızdır”. Qeyd edib ki, kitabda 2013-2015-ci illərdə “Kaspi” qəzetində dərc olunan Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Tobçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer alıb. Kitabda əksini tapan yazılar Azərbaycanın maarifçilik tarixinin araşdıranlar üçün çox dəyərli mənbədir.
Tədbir çərçivəsində “Kaspi”nin bütün saylarının elektron variantı Azərbaycan Milli Kitabxanasında saxlanılması üçün qurumun direktoru Kərim Tahirova təqdim edilib.
Elektron nəşri təhvil alan kitabxananın direktoru Kərim Tahirov dəyərli hədiyyə üçün kitabxananın 120 mindən artıq oxucusu adından “Kaspi” ailəsinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu nəşri milli kitabxananın saytı vasitəsilə bütün dünyaya yayacaqlar.
“Artkaspi.az” adlı ədəbi-mədəni saytı haqqında da ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, 3 əsrin qəzeti adlandırılan “Kaspi”nin ənənələrini davam etdirən yeni portalda əsasən Azərbaycan mədəniyyəti, ədəbiyyatı haqqında silsilə materiallar yer alır. Burada, həmçinin tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri araşdırılaraq oxuculara təqdim olunur. Portalın elektron kitab bölümündə Azərbaycan ədəbiyyatı ilə yanaşı, digər xarici ədəbiyyatlar, lüğətlər, antologiyalar, ensiklopediyalarla tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

