/ / Koreyalı mütəxəssislər məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərini bərpa edəcəklər
Koreyalı mütəxəssislər məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərini bərpa edəcəklər
23.02.2017 [10:04]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov fevralın 21-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkünlərin cəmiyyətə sosial-iqtisadi reinteqrasiyasını gücləndirmək məqsədi daşıyan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” ilə bağlı təklif edilmiş layihənin texniki-iqtisadi əsaslandırılmasını müzakirə etmək üçün Koreyadan ezam olunmuş ekspert qrupunun da iştirak etdiyi görüşdə F.Hüseynov Azərbaycan ilə Koreya arasında son illər iqtisadi, siyasi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu söyləyib. O, ölkəmizdəki məcburi köçkünlərin sosial problemlərinin həllində koreyalı mütəxəssislər tərəfindən bu cür humanitar layihələrin həyata keçirilməsini də deyilənlərin bariz nümunəsi kimi dəyərləndirib.
Komitənin sədr müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemindən ətraflı bəhs edib. Qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin bu sahəyə müntəzəm qayğı və diqqəti sayəsində həyata keçirilən tədbirlər və digər bu kimi məsələlər barədə hərtərəfli məlumat verib. F.Hüseynov onu da diqqətə çatdırıb ki, Azərbaycan belə bir ağır problemlə üzləşdiyi ilkin dövrlərdə əgər BMT qurumlarının, bir sıra ölkələrin, müxtəlif beynəlxalq humanitar təşkilatların köməyi olmasaydı fəlakətlə üz-üzə qalardı.
Görüşdə belə bir vaxtda Koreyanın humanitar təşkilatlarının da ölkəmizdəki qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımların böyük önəm kəsb etdiyi vurğulanıb. Bildirilib ki, artıq öz iqtisadi imkanlarını getdikcə artıran Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb, bu istiqamətdə dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunəyə çevrilib. Ancaq bütün bunlar o demək deyil ki, indi Azərbaycanda beynəlxalq humanitar təşkilatların layihələrinə ehtiyac yoxdur. Əksinə, indi xüsusilə, icmaların inkişafına, məcburi köçkünlərin məşğulluğunun artırılmasına, təhsilə, səhiyyəyə, müxtəlif inkişaf layihələrinə ehtiyac duyulur. Bu baxımdan Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə kəhriz su sistemlərinin bərpası ilə bağlı layihə də olduqca mühüm əhəmiyyət kəsb edir.
Koreyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə aparılan müzakirələr zamanı bildirilib ki, layihə ilə əlaqədar ölkəmizə gəlmiş nümayəndə heyəti artıq regionlarda araşdırmalara başlayıb və məcburi köçkünlərlə keçirilən görüşlərdə onlar da bu layihənin həyata keçirilməsini müsbət dəyərləndiriblər.
Görüşdə qonaqları maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58

