Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər protezlərlə təmin ediliblər
25.04.2017 [09:11]
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə verilən protezlər ən yüksək texnologiya əsasında hazırlanıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrup layihənin ilkin mərhələsində 2016-cı ilin aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə fərdi görüşlər keçirib, onlara individual yanaşma tətbiq olunub. Belə ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ordumuzun yaralanmış bir qrup əsgər və zabiti ilə aprelin 3-də keçirdiyi görüşdə verdiyi tapşırığa əsasən, layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbiçilərdə amputasiya olunan hərəki hissələrə protezlər quraşdırılıb. Bu müasir protezlər normal hərəkət dinamikasının təmin olunmasına imkan yaradır. İşçi qrupun mütəxəssisləri tərəfindən həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidməti həyata keçiriləcək.
Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən həyata keçirilən layihənin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasıdır.
Əsgər və zabitlərimiz onlara göstərilən diqqət və qayğıya görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. “Biz iki dəfə böyük sevinc yaşadıq: 2016-cı il aprel döyüşlərində strateji yüksəkliklərin işğaldan azad edilməsi zamanı və yaralandıqdan sonra yenidən tam normal həyat tərzinə qayıtmaq imkanı əldə etdikdə”, - deyən hərbçilərimiz bundan sonra da Vətən üçün daha böyük işlər görmək arzusundadırlar.
Tətbiq olunan protezlərin texniki göstəriciləri:
Harmony P3 -aktiv vakuum sistemli transtibial protez
Bu protez dizaltı amputasiyalar üçün uyğun olan, Almaniyanın “Ottobock” şirkətinə məxsus Harmony P3 aktiv vakuum sistemli protezidir. Harmony P3 aktiv vakuum sistemli protezin soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur. Nəticədə ayaq protezlə vəhdət yaradır, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat, güvənli hərəkət edir. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Bu da öz növbəsində yaralı güdüllərin tezliklə sağalmasını təmin edir.
C-leg mikroprosessor idarəetmə sistemli transfemoral protez
C-leg dizüstü amputasiyalarda geniş tətbiq olunan, Almaniyanın “Ottobock” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. C-leg mütəxəssisləri dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezlə hərəkəti insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. C-leg diz oynağının daxilindəki iki ədəd yüksək həssaslı sensor vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.
C-leg protezinin xüsusi proqram təminatı vasitəsilə protezə istifadəçinin tələbinə uyğun 3 fərqli funksiya yükləmək olur. Məsələn, bu, sərbəst hərəkət, qaçış və velosiped idarə etmək funksiyası ola bilər.
6 kanallı bionik transhumeral protez - “BeBionik 3”
“BeBionik 3” yuxarı ətraf protezi İngiltərənin “RSL Steeper” şirkətinin istehsalı olub, funksionallığı və istifadə rahatlığı baxımından dünyada ən geniş tətbiq edilən bionik əl protezidir.
“BeBionik 3” əl protezində iki ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülür. İdarəetmə sisteminə daxil olan siqnallar işləndikdən sonra protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini təmin etməklə günlük praktikada istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri yaradır. “BeBionik 3” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub 360 dərəcə dönmə imkanındadır. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb bükülmə imkanına malikdir.
Silikon kosmetik ayaq protezləri
Silikon kosmetik ayaq protezləri aşağı ətrafın Saym, Şopart və Lisfrank amputasiyaları üçün uyğun olub, dəriyə zərərsiz və allergik təsirsiz təbii silikondan hazırlanır. Silikon kosmetik protezlər istifadəçinin dəri rəngi və ayağın anatomik quruluşuna uyğun olaraq fərdi hazırlanır. İstifadəsi və geyinilməsi çox rahatdır və görüntü olaraq təbii ayaqdan çox da fərqlənmir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

