Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Nar” “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub

“Nar” “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub

31.05.2017 [09:31]

“Nar” “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə 27 may 2017-ci il tarixdə ölkənin müxtəlif bölgələrində eyni vaxtda təşkil edilən bilik yarışı 1500-dən çox bölgə məktəblisinin iştirakı ilə keçirilib. İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri 2017-ci ildə məktəblilər arasında Azərbaycan “Brain Ring” çempionatında iştirak etmək hüququ qazanıblar.
Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində hər zaman təhsil və maariflənməyə xüsusi diqqət ayıran “Nar” “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına da dəstək olmağa qərar verib. Belə ki, Bakı, Gəncə, Şirvan, Sumqayıt, Mingəçevir, Şəmkir, Masallı, Quba, İmişli, Göyçay və Zaqatala şəhərlərində eyni vaxtda keçirilən intellektual oyunun qalibləri olmuş məktəbliləri qiymətli hədiyyələrlə mükafatlandıran mobil operator habelə bu bilik yarışının keçirildiyi 11 bölgənin hər birində xüsusi “Nar” köşələri təşkil edib. Yarış bölgələrin sosial-ictimai həyatında önəmli rol oynamaqla yerli məktəblilərin böyük marağına səbəb olub.
“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.
Zahid İLHAMOĞLU

Paylaş:
Baxılıb: 430 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31