/ / Dövlət Təhlükəsizliyi Xidmətində gənclər təşkilatlarının rəhbərləri üçün məlumat turu təşkil edilib
Dövlət Təhlükəsizliyi Xidmətində gənclər təşkilatlarının rəhbərləri üçün məlumat turu təşkil edilib
02.06.2017 [10:05]
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə DTX-də məlumat turu təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və praqmatik idarəetmə konsepsiyasının mühüm tərkib hissəsi olan və uğurla tətbiq edilən “Açıq hökumət” quruculuğu çərçivəsində gənclərin fəallaşdırılması, onların dövlət strukturları ilə sıx təmaslarının yaradılması, müasir, təcrübəli və kreativ vətəndaş kimi püxtələşməsi, bilik və bacarıqlarının Azərbaycanın müstəqilliyinə və tərəqqisinə yönləndirilməsi işinə xüsusi əhəmiyyət verilir.
Gənclər üçün müxtəlif dövlət orqanları və qurumlarında məlumat turlarının təşkili artıq ənənəyə çevrilib. Belə tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətinin, bu sahəyə göstərilən yüksək diqqət və qayğının, gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda yetişdirilməsinin, ictimai xeyirli innovativ təklif, təşəbbüs və layihələrinin dəstəklənməsinin, ümumilikdə Azərbaycanda mövcud vətəndaş birliyi və həmrəyliyinin sarsılmazlığının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyevin göstərişi ilə DTX-də gənclər təşkilatlarının rəhbərləri üçün ilk dəfə təşkil olunmuş məlumat turu da məhz bu ümumi məqsədə xidmət edir. Turun başlıca hədəflərindən biri də müstəqil Azərbaycanın maraqlarının qorunması və təhlükəsizliyinin təmin olunması işində gənclərin iştiraklarının daha da artırılmasıdır.
Əvvəlcə tədbir iştirakçıları Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Ümummilli liderin xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar. “Şöhrət” muzeyində keçirilmiş tədbirə ARGTMŞ-in üzvü olan 30 təşkilatın rəhbəri qatılıb. Unikal məzmuna və nəfis tərtibata malik muzey ilə tanışlıq zamanı gənclərə məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyində misilsiz rolunu, o cümlədən ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü, onun bilavasitə iştirakı ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.
Sonra DTX aparatının, Akademiyanın, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul əməkdaşları müvafiq fəaliyyət istiqamətləri üzrə izahedici məlumatlar veriblər.
Tədbirdə, həmçinin Azərbaycan təhlükəsizlik orqanlarının tarixi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhlükəsizliyinin etibarlı təmin olunması, bu sahədə müasir çağırışlara uyğun aparılmış islahatlar və əldə edilmiş nailiyyətlər barədə danışılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məsələlərin həlli üzrə dövlət tərəfindən görülən işlər barədə də məlumat verilib.
Tədbirdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın təhlükəsiz inkişaf etməsi və qüdrətlənməsi, mənafelərinin etibarlı təmin olunması üçün insan kapitalının yaradılması naminə uğurla həyata keçirilən gənclər siyasətinə digər aidiyyəti dövlət orqanları ilə birgə Dövlət Təhlükəsizliyi Xidməti bundan sonra da öz töhfələrini verəcək.
Sonda gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

