BDU-da yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub
08.06.2017 [10:13]
İyunun 7-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatlarının iştirakı ilə 2016-2017-ci tədris ilinin yay imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən rektor BDU-da bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Sonra müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izləyib, ayrı-ayrı auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini yüksək dəyərləndiriblər. Tədbir iştirakçıları, eyni zamanda, cavabların yoxlanılması üçün universitetin hər korpusunda ayrılmış xüsusi otaqlarda olub, yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlıqlara göndərilməsi prosesini izləyiblər.
BDU-da imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanlarda gözdən əlil tələbələr üçün xüsusi şərait yaradılıb, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edən tələbələrə isə güzəştlər nəzərdə tutulur. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb, təhsil müəssisəsinin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular təşkil edilib. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq üçün Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə Apelyasiya komissiyaları yaradılıb.
“Açıq qapı” günü iştirakçıları imtahan prosesinin təşkilindən və keçirilməsindən, tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59

