Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Yunus Emre İnstitutunda "Bakı rüzgarı" kitabının təqdimatı keçiriləcək

Bakı Yunus Emre İnstitutunda "Bakı rüzgarı" kitabının təqdimatı keçiriləcək

19.06.2017 [15:09]

İyunun 20-də Bakı Yunus Emre İnstitutunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın "Bakı rüzgarı" kitabının təqdimatı keçiriləcək. Bu barədə Bakı Yunus Emre İnstitutundan məlumat verilib.
Məlumatda deyilir ki, Mir İsmayıl Saryal 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. "Bakı rüzgarı" onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önündə canlanır.
"Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur" - deyə məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31