/ / Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı ilə bağlı elmi-praktik konfrans keçirilib
Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı ilə bağlı elmi-praktik konfrans keçirilib
22.06.2017 [09:46]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2017-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğunun aktual problemləri” mövzusunda elmi-praktik konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasının və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, nazirliklərin, Heydər Əliyev Mərkəzinin, Ombudsman Aparatının, Mərkəzi Seçki Komissiyasının, Baş Prokurorluğun, dövlət komitələri və xidmətlərinin, şəhər və rayon icra hakimiyyətlərinin təmsilçiləri iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransı açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. “Dövlət qulluğu üçün kadr potensialının formalaşması: proses və nəticə” adlı məruzəsində Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını bildirən U.Ələkbərov ölkədə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə diqqət çəkib. Dövlət idarəçiliyi üçün milli kadr potensialının formalaşdırılmasının müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən rektor dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi məsələlərini Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığını xüsusi vurğulayıb. Respublikamızda dövlət qulluğunun təkmilləşdirilməsi prosesinin uğurlu nəticələrindən danışan akademik XXI əsrin prioriteti olan davamlı inkişafın idarə olunması sahəsində Azərbaycanın qazandığı nailiyyətlərdən söz açıb. Bildirib ki, bunun kökündə Prezident İlham Əliyevin tətbiq etdiyi innovativ idarəçilik texnologiyaları durur. U.Ələkbərov qeyd edib ki, bu fakt nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və dövlət qulluğu üçün kadr potensialının gücləndirilməsi ölkədə inkişafın planlaşdırılması və idarə edilməsi proseslərini daha da sürətləndirəcək.
Konfransda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi dövründə dövlət qulluğunun inkişafı” adlı məruzə ilə çıxış edib.
Məleykə Abbaszadə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açıb. Bildirib ki, dövlət qulluqçularının seçimi sisteminin formalaşdırılmasında sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən prinsiplər həlledici vasitədir.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və effektiv əsaslarla aparmaqdan ibarətdir. Mərkəzə verilən səlahiyyətlər çərçivəsində dövlət qulluğuna qəbulun əhatə dairəsi genişləndirilib. “Hazırda biz Dövlət İmtahan Mərkəzinin nizamnaməsinə uyğun olaraq, dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirməklə beynəlxalq təcrübəni öyrənib ölkəmizdə tətbiq etməklə məşğuluq”, - deyə M.Abbaszadə qeyd edib.
Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlət qulluğu sistemində islahatların davam etdirilməsi layihəsi uğurla icra olunmaqdadır. Bu layihə peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə dəstək verir.
Vurğulanıb ki, rəsmi statistikaya görə, ölkəmizdə dövlət qulluqçularının sayı 30 min 133 nəfərdir. Ötən müddətdə 6 mindən çox şəxs dövlət qulluğuna qəbul olunub. Müsabiqə əsasında vəzifəyə qəbul olunanların 80 faizi gənclərdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında məzun olan dövlət qulluqçularına magistr diplomları təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

