Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Kamerun rəsmisi: Azərbaycan gəncləri kreativ düşüncələri, yüksək intellektləri ilə fərqlənirlər

Kamerun rəsmisi: Azərbaycan gəncləri kreativ düşüncələri, yüksək intellektləri ilə fərqlənirlər

17.08.2017 [10:19]

Dünya Skaut Konfransının Bakıda təşkil olunması Azərbaycanda bu sahənin inkişafına təkan verəcək. Ölkənizin geniş turizm potensialı var. Səfər çərçivəsində Qəbələ və Bakı ilə yaxından tanış olub. Burada gördüklərim məni heyran etdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kamerunun Gənclərlə İş və Vətəndaş Təhsili Nazirliyinin rəsmisi Luk Valere Nko O Zeh deyib.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq deyib: “Azərbaycan gənclərinin fəaliyyəti ilə maraqlanmaq imkanım oldu. Ölkə gəncləri kreativ düşüncələri, potensialları, yüksək intellektləri və dünyagörüşləri ilə fərqlənirlər. Sevindirici haldır ki, Azərbaycan Skaut Assosiasiyasında da bacarıqlı gənclər toplaşıb. Könüllülərin işini də xüsusi qeyd etməliyəm. Çünki onların əməyi olmadan heç bir irimiqyaslı tədbirin təşkilindən söhbət gedə bilməz. Azərbaycan könüllüləri yüksək qonaqpərvərlikləri, gülərüzlükləri və intellektləri ilə seçilirlər”.
“Bakı sanki xəyallarımın şəhəridir. Özümü burada çox rahat və xoşbəxt hiss edirəm. Şəhərin quruluşu, möhtəşəm binalar, paytaxtınızın gözəlliyi və qonaqpərvər insanlar məni yenidən Azərbaycana qayıtmağa həvəsləndirir. Bir sözlə, Azərbaycandan xoş təəssüratlarla qayıdacağam”, - deyə Luk Valere Nko O Zeh əlavə edib.

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31