Aktauda Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib
22.09.2017 [10:19]
Sentyabrın 21-də Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Gənclər Forumu çərçivəsində Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib. Ş.Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar İnstitutunda keçirilən tədbirdə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qazaxıstanın Dini Məsələlər və Vətəndaş Cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov tədbirdə çıxış edərək hər iki ölkənin tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən söz açıb. Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu bildirən Q.Ospankulov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Xəzəryanı Gənclər Forumunun keçirilməsi təşəbbüsünün reallaşması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edərək deyib: “Ötən il Qazaxıstan və Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 25 illiyini qeyd edib. Bu illər ərzində digər istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də çox böyük işlər görülüb. Azərbaycan dünyada irimiqyaslı layihələrə yüksək səviyyədə ev sahibliyi etməsi ilə tanınır. 42-ci Ümumdünya Şahmat Olimpiadası, Gənclər Siyasəti üzrə Qlobal Forum, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər Azərbaycanın dünyada təbliğində mühüm rol oynayıb”.
Departament direktoru bir neçə gün davam edəcək tədbirin gənclər arasında əlaqələrin qurulması, hər iki ölkənin gənclər siyasəti sahəsində görülən işlərin əlaqələndirilməsi baxımından faydalı olacağını diqqətə çatdırıb, gəncləri müzakirələrdə fəal olmağa çağırıb.
Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev dost və qardaş ölkələrimizin gənclər sahəsində sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. O, bu tədbirin Azərbaycan nümayəndə heyətinin Qazaxıstana dostluq səfəri olduğunu söyləyib. İ.Babayev qeyd edib ki, dünyada baş verən gərgin siyasi proseslər fonunda Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının müdrik siyasəti sayəsində hər iki ölkədə sabitlik, təhlükəsizlik və sürətli inkişaf təmin olunub. O, Prezident İlham Əliyevin “Qazaxıstan xalqının bəxti gətirib ki, Nursultan Nazarbayev kimi prezidenti var” sözlərini diqqətə çatdıraraq, Qazaxıstanın dövlət başçısının daim Azərbaycanın mövqeyini fəal şəkildə dəstəklədiyini bildirib.
İ.Babayev Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, ölkəmizdə gənclərlə bağlı Dövlət proqramlarının, layihələrinin icra olunduğunu bu sahədə mükəmməl qanunvericilik bazasının yaradıldığını bildirib. Nazir müavini Prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın yeni dövrün tələbləri nəzərə alınmaqla gənclərin inkişafı sahəsində daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə imkan yaradacağını deyib. O, tədbir çərçivəsində imzalanacaq memorandumların əlaqələrin daha sürətli inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.
Sonra Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə Qazaxıstanın “Jas Otan”, eyni zamanda, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqı ilə Qazaxıstan Gənclər Konqresi arasında əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
Daha sonra tədbir iştirakçıları Azərbaycanın milli musiqi alətləri, əl işləri, milli yeməklərindən ibarət sərgi ilə tanış olublar. Tədbir konsert proqramı ilə başa çatıb.
Səfər çərçivəsində, həmçinin Azərbaycan nümayəndə heyətinin Nazarbayev İntellektual Məktəbinə tanışlıq səfəri təşkil edilib və təmsilçilərimiz üçün mədəni proqramlar nümayiş olunub.
Xəbər lenti
Hamısına baxAnalitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11

