IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya
31.01.2018 [10:04]
Gənclər Günü münasibətilə AZƏRTAC-ın bir qrup gənc əməkdaşı IDEA Heyvanlara Qayğı Mərkəzinə (IACC) ekskursiya edib. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiyanın gedişində onlar Mərkəzin fəaliyyəti, burada yaradılan şəraitlə yaxından tanış olublar.
IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabrında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. 2017-ci il martın 1-dən etibarən rəsmi olaraq fəaliyyətə başlayan Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və mağaza var.
Mərkəz çarəsiz vəziyyətdə olan bəzi heyvanları yerləşdirməklə yanaşı, sahibsiz it və pişiklərlə bağlı problemin həllində əsas diqqəti sterilizasiya, xəstəliklərin qarşısının alınması, eləcə də himayə, məsuliyyətli heyvan sahibliyi və heyvanlara humanist yanaşmanın təşviqinə yönəldir.
Buradakı baytarlıq klinikası həm sahibsiz, həm də sahibi olan heyvanlara xidmət göstərir. Bununla bağlı, IACC bütün heyvansevərləri ətrafdakı sahibsiz it və pişikləri sterilizasiya, peyvəndləmə, cərrahiyyə və ya müalicə üçün Mərkəzə gətirməklə küçə heyvanları populyasiyalarının idarə edilməsi üzrə səylərə töhfə verməyə çağırır. Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərir.
AZƏRTAC-ın əməkdaşlarının suallarını cavablandıran IACC-ın nümayəndəsi qeyd edib ki, himayə bölməsində himayəyə verilməsi daha mümkün hesab edilən it və pişiklər yerləşdirilir. Onlar sterilizasiya edilir, peyvəndlənir, mikroçiplənir və gələcək sahibləri üçün tam hazır vəziyyətdə saxlanılır.
Mərkəzin fəaliyyətinin digər bir zəruri istiqaməti cəmiyyətdə heyvanlarla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi və insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsidir. Burada heyvanlarla bağlı müxtəlif tədbirlər, təqdimat və mühazirələr keçirilir.
Qeyd edək ki, AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsi agentlik əməkdaşlarının belə maraqlı məkanlara, həmçinin ölkəmizin səfalı guşələrinə mütəmadi ekskursiya və səfərlərini təşkil edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

