Mənzil Məcəlləsi mənzil təhlükəsizliyinə əsaslı təminat verir
03.09.2009 [01:29]
Məlum olduğu kimi, Prezident İlham Əliyev Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Yeni Mənzil Məcəlləsi mənzil hüquqi ilə bağlı bütün məsələləri özündə əks etdirir və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasını nəzərdə tutan mühüm müddəalarla zəngindir. Sənəd mənzil qanunvericiliyi ilə bağlı təfərrüatları özündə əks etdirməklə yanaşı, beynəlxalq hüquq sisteminin tələblərinə tam cavab verir. Məcəllə dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, əsassız olaraq mənzil hüququndan məhrumetmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsinin zəruriliyinə ciddi əsaslar yaradır.
Xatırladaq ki, indiyə qədər ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının qorunması ilə bağlı bir sıra qanunlar qüvvəyə minib və həmin sənədlərdə mənzillərin qorunması və istifadəsinə dair əsaslı maddələr öz əksini tapıb. Yeni Mənzil Məcəlləsi isə Azərbaycanda vətəndaşların mənzil hüququnu və tikinti-yaşayış sahəsinin inkişaf etdirilməsi ilə bağlı bütün parametrləri tənzimləyən mükəmməl sənəd kimi qiymətləndirilə bilər. Məcəllənin müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici ölkələrin hüquqi şəxslərinin mənzil münasibətlərinə də tətbiq edilir.
Mənzil Məcəlləsində qeyd olunub ki, hər bir vətəndaşın mənzil toxunulmazlığı hüququ var. Mənzildə yaşayanların iradəsinin ziddinə olaraq heç kəs mənzilə daxil ola bilməz. Vətəndaşların mənzilinə onların razılığı olmadan yalnız həmin sahədə qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə, cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması vəziyyətində daxil olmaq mümkün hesab edilir. Bu, son dövrlər kommunal xidmət növləri ilə bağlı bəzi nəzarətçilərin vətəndaşların mənzilinə icazəsiz daxil olmasının və bu kimi digər halların qarşısını almağa da əsaslı hüquqi baza yaradır. Sənəddə o da qeyd edilib ki, heç kəsin kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Vətəndaşlar mənzil hüquqları ilə bağlı problemlərlə üzləşdikləri halda onların pozulmuş yaşayış hüquqlarının bərpası, məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanması və digər məsələlər Məcəllənin tələbləri əsasında həll olunacaq. Bütün vətəndaşlar qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət etməklə ölkənin istənilən ərazisində yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər.
Məcəllədə qeyd olunub ki, vətəndaşların mülkiyyət hüquqlarını heç kəs poza bilməz və onlara məxsus əmlak yalnız dövlət ehtiyacları üçün lazım olduğu halda alına bilər. Bu zaman isə vətəndaşın mənzili və yaxud mülkiyyətlə bağlı digər əmlakı bazar qiymətləri əsasında satışa çıxarıla bilər. Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərdə də bu müddəaya xüsusi önəm verilmişdi. Konstitusiyada vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığı xüsusi olaraq təsbit olunub. Göründüyü kimi, hökumət qəbul edilən bütün qanunvericilik aktlarında ilk növbədə vətəndaşın mülkiyyət hüquqlarının qorunmasına mühüm yer verir.
Onu da vurğulamaq yerinə düşər ki, sənəddə mənzil hüquqlarının məhdudlaşdırılması ilə bağlı detallara da yer verilib. Belə ki, mənəviyyata, sağlamlığa, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsinə, eləcə də ölkənin müdafiəsinə və dövlətin təhlükəsizliyinin təmin edilməsinə qarşı hərəkətlər müşahidə olunduğu təqdirdə yaşayış mənzilindən istifadə məhdudlaşdırılacaq.
Mənzil Məcəlləsində mənzil tikintisinin stimullaşdırılması ilə bağlı mühüm elementlər də yer alıb. Belə ki, tikinti şirkətlərinə əlverişli şəraitin yaradılması, əhalinin mənzil ehtiyaclarının ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi, mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması, müxtəlif sosial təbəqələrin, xüsusilə gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsi üçün müvafiq addımların atılması sənədin mühüm üstünlüklərindən biri kimi səciyyələndirilə bilər. Eyni zamanda, sənəddə sosial xidmət sisteminə malik evlərin yaşayış sahələrində, məcburi köçkünlərin və qaçqınların müvəqqəti yerləşdirildiyi yaşayış yerlərində, eləcə də yataqxanalarda məskunlaşan vətəndaşlar üçün kommunal xidmətin səviyyəsinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı maddələr də mühüm əhəmiyyət daşıyır.
ümumiyyətlə, dövlət və xüsusi mənzil fonduna malik strukturlar, eləcə də bələdiyyələr müvafiq səlahiyyətləri daxilində bütün vətəndaşlara mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaratmalı olacaq. Bundan başqa, müvafiq hökumət strukturları dövlət və bələdiyyə mənzil fondunun inkişafına dair təkliflər hazırlayacaq. Onu da xatırladaq ki, Məcəllədə yerli özünüidarəetmə orqanları üçün mühüm səlahiyyətlər də müəyyən edilib. Belə ki, bələdiyyələr mənzil fondunun uçotunu aparmaq, istifadə etmək, saxlamaq, nəzarət etmək və digər səlahiyyətlərə malikdir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

