Azərbaycan azsaylı ölkələrdəndir ki, yoxsulluğun 10 dəfə azalmasına nail olub
15.02.2018 [10:25]
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil ediləcək
Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə konfrans təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 14-də BMT-nin İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə keçirilən “İnteqrasiya, sürətləndirmə və siyasətə dəstək” (MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai deyib.
“Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və ötən müddətdə bu sahədə mühüm işlər görüb. Azərbaycan öz Könüllü Milli Hesabatını BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim edən ilk ölkələrdən biridir. Ötən dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə dair müxtəlif müzakirələr aparılıb. Azərbaycan hökuməti bununla bağlı bir sıra tədbirlər görüb. Dayanıqlı İnkişaf Məqsədləri mühüm bir platformadır. Biz bu platformanı genişləndirməkdə maraqlıyıq ki, irəliyə doğru gedək. Sentyabrda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə konfrans keçiriləcək”, - deyə o bildirib.
Ölkəmizin DİM-lərin həyata keçirilməsində göstərdiyi diqqətəlayiq fədakarlığını vurğulayan Q.İshaqzai qeyd edib ki, Azərbaycan regionda Davamlı İnkişaf Məqsədlərinin təşviqində qabaqcıl öndərlərdən biridir. O bildirib ki, bu sahədə BMT sisteminin bacarıqları, texniki ekspertizası və lazım olan hər hansı dəstəyinin effektiv bir şəkildə və vaxtında çatdırılmasını təmin etmək üçün BMT Azərbaycan hökuməti, özəl sektor, media və vətəndaş cəmiyyəti ilə işləməyə davam edəcək.
Dayanıqlı İnkişaf Məqsədlərinin önəmindən danışan Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycan BMT-nin yeni təşəbbüsünə də qoşulub. “Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair “Bakı prinsipləri” layihəsinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək konfransda qəbul edilməsi gözlənilir: “Ölkəmiz “Bakı prinsipləri”nin qəbulunda maraqlıdır. Biz bu barədə müzakirələr aparmışıq və qərara alınıb ki, “Bakı prinsipləri” qəbul olunsun. Bundan sonra dünyada qəbul edilən daha təkmil sənədin qəbuluna nail olacağıq”.
“Ölkədə yoxsulluq səviyyəsi dəfələrlə azalıb. Azərbaycan azsaylı ölkələrdəndir ki, yoxsulluğun 10 dəfə azalmasına nail olub. Burada ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət öz rolunu oynayıb”, - deyə nazir müavini əlavə edib.
BMTİP-in Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktor müavini və BMTİP-in İstanbul Regional Mərkəzinin rəhbəri Rastislav Vrbensky qeyd edib ki, indiyədək MAPS missiyaları 20-dən çox ölkədə keçirilib və bu il əlavə 20 missiyanın keçiriləcəyi planlaşdırılır. O bildirib ki, Azərbaycanda DİM-lərə dair hazırlanmış MAPS hesabatının təhlili və hesabatdan irəli gələn təkliflər toplusu yalnız Azərbaycan üçün deyil, hazırda bu platformanı DİM-lərin milli səviyyədə tətbiqini sürətləndirmək üçün istifadə edən digər ölkələr üçün də böyük əhəmiyyət kəsb edir.
Seminarda Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak edib. BMT-nin agentlikləri tərəfindən keçirilən məsləhətləşmə seminarında Davamlı İnkişaf Məqsədlərinin Azərbaycanda milli inkişaf planlarına inteqrasiya olmasının yolları müzakirə olunub. Əlliyə yaxın hökumət rəsmisi, BMT təşkilatları və özəl sektorun nümayəndələrinin bir araya gəldiyi seminar 2017-ci ilin may-iyun aylarında Azərbaycanda başlayan strateji siyasətin dəstəklənməsi missiyasının davamıdır.
MAPS Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsini sürətləndirmək istiqamətində milli potensialları dəstəkləmək üçün tətbiq olunan və dünya səviyyəsində tanınmış qlobal bir yanaşmadır. MAPS yanaşması konseptual olaraq tərəfdaşlıq şəbəkələri, hesabatlılıq, maliyyələşdirilmə və etibarlı məlumat bazasının yaradılmasının vacibliyini inkişaf siyasətinin ön cərgələrinə qoyur.
Seminar Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması” layihəsi çərçivəsində həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 22:47
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30

