“Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb
22.06.2018 [09:23]
İyunun 21-də Gədəbəydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda ikigünlük regional konfransın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransın birinci hissəsində DQİDK-nın və rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, Gədəbəy rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Konfransı açan Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev son illər respublikamızın bütün bölgələrində olduğu kimi, Gədəbəydə də dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği istiqamətində görülən çoxsaylı işlərdən danışıb.
Diqqətə çatdırılıb ki, bu gün İslam Gədəbəy sakinlərinin əsas dini olmaqla yanaşı, rayonda vaxtilə qurulmuş bütün dini məbədlərə və inanc yerlərinə hörmətlə yanaşılır və həmin ibadət yerləri ölkəmizin tolerant mədəniyyətinin, eləcə də tarixi maddi irsimizin dəyərli hissəsi kimi qorunur. Hazırda Gədəbəy rayonunda 6 məscid, 4 müsəlman dini icması və 1 rus icması fəaliyyət göstərir. İnsanların, xüsusən azsaylı etnik və dini qrupların üzvlərinə özlərinin adət-ənənələrini və dini ayinlərinin icrası üçün hər cür şərait yaradılır.
Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını deyib.
Komitə sədri qeyd edib ki, bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Din pərdəsi altında insanlar arasında təfriqə salmaqla xaos yaratmaq xoşagəlməz reallığa çevrilib. Radikal dini təşkilat yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan ərazilərdə hegemonluğa cəhd göstərirlər. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa indi daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir.
Mübariz Qurbanlı çıxışında istər qeyri-səmavi, istərsə də səmavi dinlərin keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, dinlərin daxilindəki məzhəb və təriqət ayrılıqlarını, eləcə də ayrı-ayrı dinlər arasındakı mövcud münasibətləri şərh edib.
İştirakçılara İslam tarixi və coğrafiyası haqqında maraqlı məlumatlar verilib. Eyni zamanda, bu gün İslam aləmində baş verən siyasi proseslər, böyük siyasi-ideoloji və hərbi güc mərkəzləri tərəfindən İslam ölkələrində yaradılmış süni münaqişələr, bu cür hadisələrin İslam dininə mənsub xalqların tarixi irsinə, maddi-mədəni və mənəvi dəyərlərinə, eləcə də müasir inkişafına vurduğu böyük ziyanlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
“Ölkəmizdə yaşayan hər bir vətəndaşın etiqad azadlığı Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyada təsbit edilib. Din dövlətdən ayrı olsa da, dövlət-din münasibətləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla və ölkəmizin mövcud qanunvericiliyi ilə tənzimlənir. Bununla yanaşı, Azərbaycan dövləti və Prezident İlham Əliyev İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərlə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır və bu məkanların təmir edilməsinə, mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir”, - deyə M.Qurbanlı qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Gədəbəy şəhəri “Cümə” məscidi dini icmasının sədri və imamı Rövşən Mustafayev regionlarda keçirilən bu cür konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasından, dini mühitdə radikallığa meyilin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi və onun qarşısının alınması üçün səmərəli metodların tapılmasından, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, son illərdə respublikamızın bütün bölgələri kimi, Gədəbəy də hər bir sahədə özünün müasir inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonun bir çox dini-tarixi memarlıq abidələri əsaslı şəkildə yenidən qurulub.
Sonda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çap olunan kitablar paylanılıb.
Regional konfrans iyunun 22-də işini ikinci panel iclasla davam etdirəcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16

