/ / Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib
Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib
31.08.2018 [09:19]
Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı demokratik dövlət quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının (QHT) rolundan danışıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik proseslərin inkişafında, eyni zamanda, vətəndaş cəmiyyətinin qurulmasında QHT-lər mühüm və əhəmiyyətli rol oynayıblar, bir çox tədbirlər, layihələr həyata keçiriblər.
Mübariz Qurbanlı vurğulayıb ki, ölkə qanunvericiliyində QHT-lərin hərtərəfli fəaliyyətini təmin etmək üçün müəyyən qanunlar, qərarlar qəbul edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bununla bağlı çox mühüm, əhəmiyyətli tədbirlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərtərəfli tədbirlər həyata keçirilir. Eyni zamanda, müxtəlif ictimai əhəmiyyətli məsələlərin müzakirəsində olduğu kimi QHT-lər din-dövlət münasibətləri, din modeli, dini maarifləndirmə və digər məsələlərlə əlaqədar müzakirələrdə də DQİDK, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə bir sıra layihələrin həyata keçirilməsində birgə iştirak və əməkdaşlıq edirlər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və DQİDK arasında birgə fəaliyyət haqqında protokol imzalanıb. Bu protokola əsasən hər il müxtəlif tədbirlər keçirilir. QHT-lərin gördüyü işlər, həyata keçirdiyi humanitar tədbirlər təqdirəlayiqdir.
Dini radikalizmlə mübarizə tədbirlərindən danışan komitə sədri qeyd edib ki, DQİDK cəmiyyətin bütün strukturları, o cümlədən QHT və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. M.Qurbanlı deyib ki, Azərbaycanın bölgələrində gənclərlə, ziyalılarla, bütövlükdə cəmiyyətin müxtəlif təbəqələri ilə daha çox görüşlərə ehtiyac var, biz bu görüşləri daha da artırırıq. Biz gənclərlə görüşürük, bu görüşlərdə milli-mənəvi, islami dəyərlər, müasir dünyamızda din-dövlət münasibətləri, radikalizm və onun fəsadları, dini radikalizmlə mübarizə, dini maarifləndirmə, tolerantlıq, multikulturalizm kimi mövzular müzakirə edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət-din-vətəndaş münasibətləri tarix boyu müzakirələrin predmeti olub və sevindirici haldır ki, Azərbaycan bu baxımdan hər zaman örnək olaraq göstərilib. Azərbaycanın yaratdığı model bu gün dünya tərəfindən təqdir edilir və öyrənilir. Amma bununla yanaşı, əlbəttə çətinliklər, çağırışlar da az deyil. A.Quliyev qeyd edib ki, QHT-lər vətəndaş cəmiyyətinin ən aparıcı komponentidir, bir növ cəmiyyətin lokomotividir. Ona görə də QHT-lər hər zaman dövlət maraqlarının qorunması, ictimai əhəmiyyətli məsələlərin həllində fəallıq nümayiş etdirirlər. Təsadüfi deyil ki, bu fəallığı, ümumi dövlətin inkişafında rolunu nəzərə alaraq on il bundan əvvəl Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını təsis etdi. Bu təsisat on ildir ki, QHT-lərə ən müxtəlif dövlət dəstəyini təmin edir.
QHT-nin milli-mənəvi dəyərlərin təbliğində, qorunub saxlanılmasındakı rolunu vurğulayan A.Quliyev bu sahədə görülən işlərin gündən-günə artdığını deyib. Bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları dini dəyərlərimizin qorunması və təbliğində hər zaman milli və dövlətçilik maraqlarımızdan çıxış edir, və ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural ənənələrin davamlılığına öz töhfələrini verir. Dövlət QHT-lərin bu istiqamətdəki fəaliyyətini nəinki təqdir edir, eyni zamanda, onların bu sahədəki istənilən təşəbbüsünə maliyyə dəstəyi verir. Şura təkcə son illər dini radikalizmlə mübarizə çərçivəsində maarifçilik işinin aparılması üçün QHT-lər tərəfindən təqdim olunan 62 layihəni maliyyələşdirib. Şura ilə Komitənin birgə əməkdaşlığı ənənə halı alıb və biz mütəmadi olaraq birgə tədbirlər təşkil edir və bir çox mövzularda fəaliyyətimizi əlaqələndiririk. Dini savadı mükəmməl olan ekspert və mütəxəssislərin hazırlığına xüsusi diqqət verilməlidir.
A.Quliyev qeyd edib ki, bu gün cəmiyyətimizi narahat edən əsas məsələlərdən biri dini radikalizmdir. Dini radikalizm Azərbaycan üçün yeni termindir. Azərbaycanda dini radikalizm heç vaxt olmayıb. Lakin bu, xaricdən süni yolla ixrac edilən ideologiya olduğundan cəmiyyəti düşündürərək narahat etməkdədir. Çünki Azərbaycanda tarixən başqa dinlərə tolerant yanaşılıb, müxtəlif təriqətlər arasında harmoniya qorunub və radikalizmə gətirib çıxaracaq amillər olmayıb və indi də yoxdur.
QMİ sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, “Din və Demokratiya Mərkəzi” İctimai Birliyinin sədri Nəriman Qasımzadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov və digər QHT sədrləri dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.
Konfransda gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.
Konfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 13:34
YAP xəbərləri
12 Oktyabr 13:30
Hadisə
12 Oktyabr 13:10
Dünya
12 Oktyabr 12:43
Dünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17

