/ / Bakıda kosmos üzrə beynəlxalq məktəbin təşkili yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verir
Bakıda kosmos üzrə beynəlxalq məktəbin təşkili yüksəkixtisaslı kadrların hazırlanmasına töhfə verir
09.10.2018 [08:54]
Oktyabrın 8-də Bakıda “Kosmik Hava və Qlobal Naviqasiya Peyk Sistemləri” üzrə beynəlxalq məktəb öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR), eləcə də BMT-nin Vyanadakı Kosmik Məsələlər üzrə İdarəsinin (UNOOSA) nəzdində Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitəsinin (ICG), Elm üzrə Beynəlxalq Şuranın nəzdində (İCSU) Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin (SCOSTEP), Beynəlxalq “Kosmik Hava Təşəbbüsü” Proqramı, “Azərkosmos” ASC-nin və Milli Aviasiya Akademiyasının (MİA) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışan EİF-in icraçı direktoru Elçin Babayev statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, oktyabrın 13-dək davam edəcək məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir. Azərbaycandan, həmçinin Avropa, Asiya və Afrika ölkələrindən olan gənc alim və doktorantların Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi və təcrübi biliklərinin artırılması məqsədilə keçirilən məktəbin iştirakçıları elmi komitə tərəfindən ciddi müsabiqə yolu ilə seçilib. Tədbirdə AMEA, MAA, “Azərkosmos” ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, 22 ölkənin nümayəndələri də dinləyici qismində iştirak edirlər.
Azərbaycanın dünyanın kosmik sənaye sahəsində böyük təcrübəyə malik ölkələrlə sıx əməkdaşlıq etdiyini deyən E.Babayev bildirib ki, ölkəmizdə bu cür məktəblərin təşkili yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi töhfə verir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə kosmik sahədə azərbaycanlı alimlərinin dünya elminə verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ölkəmizdə kosmik sahənin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. O, beynəlxalq məktəbin gənc alimlərin elmi potensialının güclənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
AMEA rəhbəri vurğulayıb ki, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. O, 2010-cu ildə yaradılan “Azərkosmos” ASC-nin Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatoru olduğunu diqqətə çatdırıb. Son beş ildə ölkəmizə aid “Azerspace-1”, “Azərsky” və “Azerspace-2” adlı peyklərin orbitə buraxıldığını bildirən A.Əlizadə deyib: “Bu da müştərilərə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə imkan verir”.
Prezidenti İlham Əliyevin “Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Eyni zamanda, Azərbaycanın kosmik sənayesinin inkişafı kadr hazırlığı üçün önəmli rol oynayır” fikirlərini xatırladan alim ölkəmizdə kosmik sənayenin inkişafının bundan sonra daha da sürətlənəcəyinə inamını ifadə edib.
AMEA ilə “Azərkosmos” ASC arasındakı mövcud əlaqələrdən də danışan akademik bu təşkilatın akademiyanın institut və təşkilatları ilə birgə elmi tədqiqatlar apardığını bildirib. Qeyd edilib ki, kosmik tədqiqatların inkişafı, bu sahədə əldə olunan nailiyyətlər müvafiq istiqamətdə beynəlxalq əməkdaşlığın yüksələn xətlə inkişafına zəmin yaradacaq.
NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzinin aparıcı alimi, Elm üzrə Beynəlxalq Şuranın nəzdində Günəş-Yer Əlaqələrinin Fizikası üzrə Beynəlxalq Elmi Komitənin prezidenti və Beynəlxalq Kosmik Hava Təşəbbüsü Proqramının icraçı direktoru Nat Qopalsvami, ABŞ-ın Merilənd Universitetinin fəxri professoru, akademik Roald Saqdeyev beynəlxalq aləmdə kosmik tədqiqatlar üzrə tanınmış ekspertlərin Bakıya toplanmasının Azərbaycanda bu sahənin tərəqqisi üçün geniş imkanlar açacağına əminliklərini ifadə ediblər.
Sonra Nat Qopalsvami “Günəş mənbələri və kosmik hava”, Roald Saqdeyev “Hava anlayışını təmin etməyə dair plazma fizikasının alətlər və üsulları” və BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin nümayəndəsi Şərafət Qədimova “Birləşmiş millətlərin Kosmik hava şəraitinin müasir cəmiyyətə təsiri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Beynəlxalq məktəbin işində NASA, Boston Kolleci, Boulder Atmosfer Tədqiqatları Milli Mərkəzi, Amerika Katolik Universiteti, Massaçusets Texnologiya İnstitutunun Haystak Rəsədxanası, Avstriya, İtaliya, Fransa, Xorvatiya, Rusiya, İngiltərə, Avropa Komissiyası, həmçinin Azərbaycanın akademik və təhsil qurumlarından olan tanınmış alim və mütəxəssislərin plenar və öyrədici məruzələrlə çıxışları nəzərdə tutulub.
Tədbir çərçivəsində “Azərkosmos” ASC, ŞAR və MAA-da elmi-təcrübə sessiyaları keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

