Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Fövqəladə hallar naziri Gəncədə partlayışın baş verdiyi əraziyə gəlib

Fövqəladə hallar naziri Gəncədə partlayışın baş verdiyi əraziyə gəlib

21.11.2018 [08:47]

Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonundakı yaşayış binasında baş vermiş uçqunla əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişi ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, vəziyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tam nəzarətindədir. Yəqin ki, binanın sakinləri haqqında müəyyən qərar qəbul ediləcək. Təmizləmə işləri başa çatandan sonra binadakı 36 ailənin hamısı təxliyə ediləcək və müvafiq yerlərdə yerləşdiriləcəklər. Bu ailələr bina sökülüb tikilənə və ya bərpa olunana qədər tam dövlətin qayğısı altında yaşayacaqlar.
Kəmaləddin Heydərov qeyd edib ki, hadisə zamanı dağıntılar altında qalan 3 nəfər həlak olub, 1-i isə ağır xəsarət alıb. Xəsarət alan şəxsin müalicəsi davam etdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmanı tam yekunlaşdırmaq üzrədirlər. Binanın vəziyyəti və partlayışın səbəbləri barədə rəylər hazırlanır. Bu barədə mətbuata da xəbər veriləcək.

Paylaş:
Baxılıb: 580 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31