/ / Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib
Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib
29.12.2018 [09:35]
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 28-də türkiyəli qonaqlar Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk şəhidliyini ziyarət ediblər.
Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov türkiyəli həmkarı Süleyman Soylunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Ramil Usubov Azərbaycanın müstəqilliyinin bərpasından sonra Türkiyə ilə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, Ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
General-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində respublikamızda hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, Ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, əmin-amanlığın bərpa edilməsi, əməliyyat şəraitinin nəzarətə götürülməsi barədə qonaqlara məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını qeyd edən nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, ilk növbədə, vətəndaşlarımızın, həmçinin əcnəbilərin, xarici investorların, o cümlədən türkiyəli iş adamlarının Azərbaycanın iqtisadiyyatına sərmayə qoymalarına, respublikamızda təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, təhlükəsizliyin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini, bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müsbət nəticələr qazandığını nəzərə çatdıran nazir bütün bu işdə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin də xüsusi rolunu, xidmətini məmnunluqla xatırladıb. Nazir buna görə Süleyman Soylunun şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkürünü bildirib.
Nazir Ramil Usubov türkiyəli həmkarı Süleyman Soylunun daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib. O, iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

