“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabı işıq üzü görüb
08.01.2019 [09:56]
Bu günlərdə siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Rəhim oğlu Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı monoqrafiyası işıq üzü görüb. Əsərin elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Əli Həsənov, rəyçiləri tarix elmləri üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, siyasi elmlər üzrə elmlər doktoru, professor Elman Nəsirov, fəlsəfə elmləri üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə və fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovdur.
Monoqrafiyada Xəzər hövzəsi dövlətlərinin enerji resursları və təhlükəsizliyi məsələləri ətraflı təhlil edilib. Müəllif əsərdə dünya enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini araşdırıb, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb. Eyni zamanda əsərdə Xəzərin statusu ilə bağlı Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyəti üzrə tədqiqat aparılıb.
Kitabda dünya üzrə enerji təchizatı sahəsində xüsusi yer tutan enerji layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərindən sonra TANAP və TAP kimi regional layihələrin müasir ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlərin tənzimlənməsindəki rolu da araşdırılıb. Müəllif Xəzərin hüquqi statusu ətrafında son onillikdə aparılan danışıqlarda Azərbaycan Respublikasının davamlı enerji siyasəti kursunun mahiyyətini xüsusi təhlillərlə ortaya çıxarıb.
Ən nəhayət, kitabda regional və beynəlxalq münasibətlərdə enerji təhlükəsizliyi məsələlərinin prioritetləri, həmçinin Xəzərətrafı dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları, bu regionda enerji ehtiyatlarından istifadə prosesindəki mühüm amillərin ölkələrin iqtisadiyyatına təsirləri də geniş təhlil olunub.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

