Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
17.01.2019 [10:19]
Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırılır, müasir informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür. Həmçinin hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib, mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.
Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə, “Məhkəmələr və hakimlər haqqında” Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarının genişləndirilməsini, məhkəmə icraatının elektron qaydada aparılmasını, vətəndaşların mənafelərinin təmin olunması, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib.
Yeni qanunvericiliyin icrasının təşkili ilə bağlı təxirə salınmadan tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb, o cümlədən qanunvericilikdəki yeniliklərin mahiyyətinin dərindən öyrənilməsi və “e-məhkəmə”nin imkanlarından səmərəli istifadə olunmaqla düzgün tətbiqi məqsədilə ali və apellyasiya məhkəmələrinin təlimçi-hakimlərinin iştirakı ilə paytaxtda və respublikanın bütün bölgələrində silsilə təlimlər və hüquqi maarifləndirmə tədbirləri keçirilir.
Eyni zamanda, dövlətimizin başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsassız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar verib. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq, məhkəmələrin fəaliyyətində də şəffaflığın təmin edilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır. Bu məqsədlə paytaxtda və bölgələrdə bütün apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunub.
Növbəti belə müşavirə yanvarın 16-da Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində aparılan ardıcıl və məqsədyönlü islahatların bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasına, məhkəmələrə ictimai etimadın yüksəldilməsinə yönəldiyini bildiriblər.
Qeyd olunub ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəmə mühüm rol oynayır. Ona görə bu məhkəmədə məhz hazırlıqlı, ən peşəkar, yüksək mənəvi keyfiyyətlərə malik hakimlər işləməlidirlər ki, qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliliyi təmin olunsun. Bu məsələdə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi institutunun tətbiqinin mühüm əhəmiyyəti vurğulanıb.
Müşavirədə insanlarda haqlı narazılıq doğuran nöqsan və çatışmazlıqların aradan qaldırılması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, mənfi halların yolverilməzliyi qeyd olunub.
Həmçinin mövcud problemlərin həlli yolları təhlil edilib, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, süründürməçiliyə və korrupsiyaya şərait yaradan hallara yol verilməməsi, ədalət mühakiməsinə ictimai etimadın artırılması və sair məsələlərlə bağlı tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16

