Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16.02.2019 [10:13]
Ölkəmizdə “reket jurnalistikası”na qarşı sərt tədbirlər görülməsi ictimaiyyət nümayəndələri tərəfindən təqdir olunur
Xəbər verildiyi kimi, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti “Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri əsasında araşdırma aparılmasına dair məlumat yayıb. Bildirilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun müvafiq əməlləri qeydə alınıb və o, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabrında zərərçəkmiş Elxan Dadaşovdan, eləcə də zərərçəkmiş Zakir Hüseynovdan, zərərçəkmiş Rafiq Ədilovdan və digərlərindən barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə müxtəlif vaxtlarda mütəmadi olaraq pul tələb edərək alıb. Qeyd edək ki, İ.Rəhimovun cinayət əməlləri səs yazıları və digər ifşaedici faktlar əsasında öz təsdiqini tapıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan mediasının saflaşması üçün Azərbaycan Mətbuat Şurası kifayət qədər addımlar atıb və İkram Rəhimov kimilərin media adamı olmadığını cəmiyyətə çatdırıb, onun kimilərin xüsusi məqsədlərlə mediaya soxulduqlarını dəfələrlə isbat edib. Amma Mətbuat Şurasının səlahiyyəti müəyyən bir həddə qədərdir, yalnız rəy verməkdən və ictimai qınaq etməkdən ibarətdir. M.Ələsgərli vurğulayıb ki, İkram Rəhimov haqqında 2017-ci ildə Azərbaycan Mətbuat Şurası rəy verib və bu şəxsin medianın adından istifadə edərək neqativ əməllərlə məşğul olduğunu bildirib: “Amma təəssüf ki, o, öz əməllərindən çəkinməyib. Yaxşı haldır ki, vətəndaşlar müraciət etdilər və Dövlət Təhlükəsizliyi Xidməti də vətəndaşların hüquqlarını müdafiə etmək üçün İkram Rəhimov haqqında tədbir gördü. Bilirsiniz ki, zaman-zaman reket jurnalistlər Azərbaycan mediasından sıxışdırılıb çıxarılıb. DTX-nin bu məsələyə müdaxilə etməsi, ölçü götürməsi alqışlanası haldır. Ümid edirik ki, bu proses sona qədər aparılacaq. Çünki İkram Rəhimov tək deyil və onun kimi reket jurnalistlər hələ də var. Ümumilikdə, İ.Rəhimov kimi cinayətkarların məsuliyyətə cəlb edilməsi jurnalistikanın saflaşdırılmasına xidmət göstərir”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “reket” fəaliyyəti ilə məşğul olan və bunu media ilə əlaqələndirməyə çalışanlar haqqında ölçü götürülməsinin, sərt tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Baş redaktor bildirib ki, İ.Rəhimovun cinayətləri hüquq-mühafizə orqanları tərəfindən faktlarla sübuta yetirilib: “Bu cür şantajçılar, jurnalistika adına xələl gətirənlər ağır şəkildə cəzalandırılmalıdırlar. Çünki bu və bunun kimi reket jurnalistlər, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər. Təəssüf ki, onlara qahmar çıxanlar, hətta “peşəkar jurnalist” adlandıranlar, dəstək verənlər də tapılır. Bu, yolverilməzdir. İ.Rəhimovun jurnalistika çətiri altında cinayətkar əməllərlə məşğul olmasının qarşısının alınması təqdirəlayiq haldır. İnanırıq ki, jurnalistikanın təmizlənməsinə, peşəkar səviyyəsinin artırılmasına, jurnalistika adına ləkə yaxan bu kimi adamların məsuliyyətə cəlb olunmasına xidmət edən tədbirlər davamlı olacaq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39

