Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Təmizlik ayı” çərçivəsində paytaxtda ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib

“Təmizlik ayı” çərçivəsində paytaxtda ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib

02.04.2019 [09:24]

Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq paytaxtda ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxtın rayonlarında ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib. Aksiya Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, qurumun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, həmçinin Nərimanov, Yasamal, Xətai və Qaradağ rayonlarının təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada paytaxt rayonlarının ərazisində minlərlə müxtəlifcinsli ting əkilib.
Ərazilərdə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin ilboyu həmin ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.
Eyni zamanda, paytaxt rayonlarının qəsəbə və yaşayış məntəqələri ərazisində yol kənarları, açıq sahələrdə yığılan tullantılar təmizlənib, kortəbii zibilliklərin böyük bir hissəsi daşınıb.
Qeyd edək ki, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirilib.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31