Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yeni inkişaf mərhələsinin əsasını qoyub
12.07.2019 [17:24]
Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın tarixində keyfiyyətcə yeni bir səhifə açıldı. Onun rəhbərliyi ilə respublikamızda hələ sovet dönəmində Azərbaycanın gələcək müstəqilliyinin əsasları qoyuldu, buna münbit zəmin yaradıldı.
Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan bütün parametrlər baxımından keçmiş ittifaq respublikaları arasında ən aşağı yerlərdən birini tuturdu. Ümummilli Liderin qətiyyəti və müdrik siyasəti sayəsində tezliklə vəziyyət dəyişdi, bütün sahələrdə müsbət nəticələr əldə olundu və beləliklə də, respublikamızda yeni intibah dövrü başladı. Onun təşəbbüslərinin, verdiyi qərarların sayəsində respublikanın hər yerində yüksək əhval-ruhiyyə yaranmışdı. İnsanlarda böyük coşqu hiss olunurdu, onlar bütünlüklə quruculuğa, respublikada başlanan inkişaf proseslərində yaxından iştirak etməyə, müsbət dəyişikliklərə öz töhfələrini verməyə səfərbər olunmuşdular. Bütün bu canlanmanın mərkəzində isə Ulu Öndər Heydər Əliyevin böyük nüfuzu, şəxsiyyəti, unikal idarəçilik qabiliyyəti dayanırdı. Respublikanın yeni rəhbəri mütəmadi qaydada regionlara səfərlərə gedir, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirir, insanları narahat edən problemlərlə maraqlanır və onların həllinə nail olurdu. Təsadüfi deyil ki, həmin illərdə respublikamızın iqtisadiyyatı əsaslı şəkildə möhkəmləndi, elm, təhsil sahəsində böyük uğurlar əldə olundu, milli mədəniyyətimiz yeni üfüqlər fəth etdi. Respublikada Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, yüzlərlə yeni müəssisənin işə salınması, 500 mindən artıq yeni iş yerlərinin açılması, aqrar sektorda üzümçülüyün, pambıqçılığın intensiv inkişafının təmin edilməsi, mədəniyyətimizin, incəsənətimizin xüsusi qayğı ilə əhatə olunması insanlarda vətənpərvərlik və özünəinam hissini artırırdı. Heydər Əliyevin şəxsiyyəti, cəmiyyətə ötürdüyü mütərəqqi ideyalar etnik və dini mənsubiyyətindən asılı olmayaraq respublikanın bütün sakinlərini yüksək amallar uğrunda birləşdirirdi. Uzaqgörən siyasətçi olan Heydər Əliyev insan amilinə daha çox diqqət yetirir, gender məsələsini nəzarətdə saxlayır, gənc kadrları qabağa çəkir, istedadlı alimləri, rəssamları, yazıçıları, bəstəkarları yüksək dövlət mükafatları ilə təltif edirdi. Respublikamızda azərbaycançılığın da bünövrəsi elə həmin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində qoyuldu. Azərbaycana yalnız keçmiş ittifaq məkanında deyil, bütün dünyada yeni münasibət formalaşmağa başlamışdı.
Beləliklə, bütün həyatını doğma Vətəninə xidmətə həsr edən Ulu Öndər Heydər Əliyev xalqın inamını özünə qaytardı, respublikada əmin-amanlıq mühiti yaratdı, tarixi dövlətçilik ənənələrimizi yaşadaraq daha da zənginləşdirdi, Azərbaycanı, onun iqtisadiyyatını, mədəniyyətini beynəlxalq səviyyəyə yüksəltdi.
Heç də təsadüfi deyildir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində gənc müstəqil respublikamızda çox təhlükəli vəziyyət yarananda, ölkə vətəndaş qarşıdurması həddinə gəlib çatanda da xalqımız öz nicatını, qurtuluşunu məhz Ümummilli Lider Heydər Əliyevlə bağladı və yekdilliklə Onun yenidən Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Həmin dövrdə respublikamızda xaos, anarxiya son həddə çatmışdı, iqtisadiyyat çökmüşdü, maliyyə vəsaiti kəskin şəkildə çatışmırdı. Lakin çətinliklərə baxmayaraq Ulu Öndər Heydər Əliyev xalqını tək buraxmadı, Azərbaycanın idarəçilik sükanını əlinə aldı. Onun müdrikliyi və qətiyyətli qərarları sayəsində tezliklə anarxiyanın qarşısı alındı, daxili sabitlik bərqərar oldu və ölkə inkişafa istiqamətləndi.
Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs hələ uzun illər bundan sonra da müstəqil Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artmasına, xalqımızın daha yüksək rifahının təmin olunmasına xidmət edəcək. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün respublikamızda dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Xalqımızın taleyində misilsiz rolu olan, Azərbaycanın müstəqilliyini və dövlətçiliyini təhlükələrdən qoruyan, ölkəmizi davamlı inkişaf yoluna çıxaran, möhtəşəm fəaliyyəti ilə "Dünyanın ən böyük azərbaycanlısı" adını qazanan Ümummilli Liderimizə olan vətəndaşlıq borcumuz, Onun xatirəsinə sonsuz ehtiramımız bu gün biz gəncləri Ulu Öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə sövq edir.
Aysel ŞEYDAYEVA
YAP Quba Rayon təşkilatı Qadınlar Şurasının sədri,
Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba Filialının tərbiyə işləri üzrə direktor müavini
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

