/ / Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
Baş Prokurorluqda Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
16.10.2019 [10:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Baş Prokurorluq xarici ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları ilə işgüzar əlaqələrin və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir. Ölkəmizlə dost və qardaş Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətləri çərçivəsində hüquqi əlaqələr xüsusi yer tutur.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə çoxşaxəli əməkdaşlığın növbəti təzahürü olaraq, Türkiyə Respublikası Hakimlər və Prokurorlar Şurasının Birinci Dairə rəhbəri Halil Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfərin birinci günündə nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.
Nümayəndə heyəti Şəhidlər xiyabanını və Bakıdakı türk şəhidliyi abidəsini ziyarət ediblər.
Sonra Baş Prokurorluqda görüş keçirilib.
Baş prokurorun müavini Namiq Əsgərov görüşdə çıxış edərək tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirib. O, əlaqələrimizin dövlətlərimizin başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, yürütdükləri uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıqdan qaynaqlandığını xüsusi vurğulayıb.
Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olması, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşdüyünü qeyd edən Baş prokurorun müavini Türkiyənin Azərbaycanın haqlı mövqeyini daim qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Söhbət zamanı qonaqlara ölkəmizin məhkəmə sistemi, Azərbaycan Prokurorluğunun strukturu və fəaliyyəti, məhkəmələrdə dövlət ittihamının müdafiəsi barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatlar və yeniliklər, xüsusilə bu sahədə yeni mərhələ olan Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlaqədar görülmüş işlər barədə məlumat verilib.
Qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirən Halil Koç ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayaraq, nümayəndə heyətinin üzvlərində Azərbaycan haqqında sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını diqqətə çatdırıb. Qonaq qarşılıqlı səfərlərin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edərək ölkəmizlə bütün sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini deyib.
Halil Koç hər iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, əməkdaşlığımızın xalqlarımız və ölkələrimizin mənafelərinə xidmət edəcəyini bildirib.
Görüşdə hüquqi sahədə əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

