Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Səhiyyə naziri Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşüb

Səhiyyə naziri Oqtay Şirəliyev Kubadan gələn tibb heyəti ilə görüşüb

15.08.2020 [01:12]

Avqustun 14-də Səhiyyə naziri Oqtay Şirəliyev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo və COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Kubadan gələn tibb heyətinin rəhbəri professor Dalsy Torres Avilla ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazir Oqtay Şirəliyev Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə və müalicə üsullarından danışaraq, ölkədəki səhiyyə vəziyyəti haqqında məlumat verib və bildirib ki, bu sahədə əldə olunan nailiyyətlər ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Nazir çıxışında kubalı həkimlərin müalicə üsulları və istifadə olunan dərman vasitələri ilə bağlı müsbət nəticələrin əldə olunduğunu xüsusilə vurğulayıb.

Heyətin rəhbəri, professor Dalsy Torres Avilla çıxışı zamanı Azərbaycanda xəstəxana-müalicə infrastrukturunun yaradılmasından danışıb. Heyət rəhbəri bildirib ki, həkim və orta tibb işçisi potensialının kifayət qədər olması təqdirəlayiq haldır. Bunun da yalnız koronavirus xəstələrinin deyil, digər xəstəliklərin də müalicəsinə böyük təsiri olduğunu bildirib. O, kubalı həkimlərin ixtiralarının koronavirus infeksiyasının müalicəsində effektiv təsirlərinin olduğunu da vurğulayıb.

Görüşdə səhiyyənin digər sahələrində də gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu vurğulanıb.

 

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31