Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naxçıvanlı sahibkarlar hərbi hissələrə sovqat aparırlar

Naxçıvanlı sahibkarlar hərbi hissələrə sovqat aparırlar

18.08.2020 [08:44]

Muxtar respublikada meyvə bağlarından və bostanlardan toplanan məhsulların hərbi hissələrə sovqat kimi verilməsi artıq ənənə halını alıb. Xalq-ordu birliyinə nümunə olaraq növbəti dəfə Babək rayonunun Nehrəm qəsəbəsindən olan sahibkarlar Çəmşid Həsənov və Əhməd Sadiqov tərəfindən 5 ton qarpız və 300 kiloqram badımcan hərbi hissəyə təhvil verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əsgərlərlə görüşdə təsərrüfatçılar bu gün Azərbaycan əsgəri ilə xalq arasında qırılmaz bağ olduğunu bildiriblər. Sahibkarlar qeyd ediblər ki, bundan sonra da mövsümdə yetişən meyvə və bostan məhsulları toplanan zaman əsgərlər üçün sovqat ayrılacaq.
Hərbi hissənin əsgəri İlkin Salmanov göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonda gətirilən sovqat hərbi hissəyə təhvil verilib.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31