Məhərrəm ayının dini mərasimlər və ayinlərinin fərdi qaydada qeyd olunması mütləqdir
18.08.2020 [09:03]
Ekspertlər bildirirlər ki, İslam alimləri və din xadimləri dini mərasimlərin, ayinlərin keçirilməsi zamanı səhiyyə qurumlarının göstərişlərinə əməl olunmasını əsas meyar kimi qəbul etməyi vacib sayırlar
Məlum olduğu kimi, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşmağı virusun yayılmasına təkan verən ən əsas məqamdır. Mütəxəssislər qeyd edirlər ki, virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl edilməlidir. Vurğulamaq lazımdır ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri də insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Belə ki, böyük ticarət mərkəzləri, şadlıq evləri, yas mərasimlərinin keçirildiyi məkanlar insanların daha sıx və kütləvi toplaşdığı yerlər hesab olunduğuna görə onların fəaliyyəti müəyyən müddətə dayandırılıb. Çünki kütləvi tədbirlərin keçirilməsi xəstəliyin yayılma sürətini və yoluxma sayını artıra bilər. Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar olaraq hazırda məscidlərdə dini ayinlərin keçirilməsinə də icazə verilmir. Xüsusi vurğulamaq lazımdır ki, qlobal bəlaya çevrilmiş COVID-19 pandemiyası şəraitində bir çox müsəlman ölkəsində də müvəqqəti olaraq məscidlərdə ibadət etmək qadağan olub.
Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ağasəid Yaqubov deyib ki, İslam alimləri və din xadimləri dini mərasimlərin, ayinlərin keçirilməsi zamanı səhiyyə qurumlarının göstərişlərinə əməl olunmasını əsas meyar kimi qəbul etməyi vacib sayırlar: “Məhərrəm ayına bir neçə gün qalmış dini mərasimlər keçirmək istəyən insanların narahatlığı başadüşüləndir. Ona görə ki, bu mərasimlər bütün dövrlərdə keçirilib. Amma bu gün vəziyyət tamamilə başqadır. Bütün dünya pandemiya dövrünü yaşayır. Hazırda istər İslam, istərsə də qeyri-müsəlman dövlətləri təkcə dini sahədə deyil, bütün sahələrdə insanları bir yerə toplayan tədbirləri təxirə salıblar”.
A.Yaqubov qeyd edib ki, hazırda dünya ölkələrində pandemiya ilə bağlı yaradılan qərargahların qəbul etdiyi qərarlar əsas götürülür: “Bu qərarların əsas prinsipi isə insanların sağlamlığının qorunmasının təmin edilməsidir. Bu gün biz əvvəlki dövrlərdən fərqli olaraq internet, sosial şəbəkələr vasitəsilə alimləri dinləyib öz ailəmizin yanında da matəm mərasimi qura bilirik. Sovet dövründə belə dini mərasimlərin keçirilməsi, ümumiyyətlə, qadağan olunmuşdu. Bu gün isə bunun üçün hər bir şərait var. Sadəcə olaraq, pandemiyanın törədə biləcəyi mənfi nəticələri nəzərə almaq və Nazirlər Kabineti yanında Operativ Qərargahın dini mərasimlərlə bağlı verdiyi qərarlara riayət etmək lazımdır”.
Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev isə deyib ki, insanlar bu çətin şəraitdə dözümlülük göstərməlidirlər. Onun szlərinə görə, pandemiya şəraitində dini ayinlərin məscidlərdə qeyd olunması məqsədəuyğun sayılmaz: “Bildiyimiz kimi, bu il Həcc ziyarəti rəsmi şəkildə ləğv olundu. Odur ki, hər kəsi Məhərrəm ayının ayin və ibadətlərini evində keçirməyə səsləyirik. Ümid və arzu edirik ki, koronavirus pandemiyası tezliklə aradan qalxar və məscidlərimiz açılar”.
“Unutmamalıyıq ki, mövcud epidemioloji vəziyyətdə hər bir müsəlmanın can təhlükəsizliyini qorumaq məcburiyyəti var. “Qurani-Kərim”də də buyurulur ki, özünüzü bilə-bilə təhlükəyə atmayın. İslamda vacib olan dəfn mərasimidir. Hər kəsə vəfat etmiş yaxınının dəfnində iştirak etməyə icazə verilir. Bundan sonra 3 gün müstəhəbdir ki, insanlar bir araya gəlsin və dünyasını dəyişmiş şəxsin yaxınının dərdinə şərik olduğunu bildirsinlər. Lakin pandemiya dövründə, sözsüz ki, yas mərasimlərinin kütləvi şəkildə keçirilməsi məqsədəuyğun deyil”, - deyə ilahiyyatçı bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10

