Müharibə şəraitində yaşayan dövlətimiz üçün informasiya təhlükəsizliyi vacib məsələdir
20.08.2020 [08:53]
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ölkəmizdə milli təhlükəsizliyin əsas problemlərindən biri kimi aktuallığını saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir avqustun 19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzinin, Astara Rayon Heydər Əliyev Mərkəzi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Strateji informasiya müharibəsi texnologiyalarının indeksasiyası və düzgün analizi düşmənə qarşı effektiv mübarizə vasitələrindən biri kimi” mövzusunda keçirilən videokonfransda səsləndirilib.
Onlayn tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Qarabağ qazisi, ehtiyatda olan kapitan Anar Məmmədov, Loqos Psixoloji Nitq İnkşafı Mərkəzinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Rəhimova və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1998-ci il aprelin 3-də ölkəmizdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Qanun” qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərman imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başlanıb.
Müharibə şəraitində yaşayan dövlətimiz üçün informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması ən vacib məsələlərdir və informasiyanın milli təhlükəsizliyə ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir.
Çıxışlarda, həmçinin işğalçı Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozaraq ölkəmizin mövqelərini, o cümlədən dinc mülki əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutmasının həm hərbi qulluqçular, həm də mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə səbəb olduğu bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatların davamlı xarakter daşıması və son bir neçə ay ərzində baş verənlər bu reallığın bariz ifadəsidir. Bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları, habelə beynəlxalq humanitar hüquq sahəsində mövcud olan beynəlxalq sənədlər, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozulub və təəssüflər olsun ki, bu tendensiya dünya birliyinin gözü qarşasında hələ də davam edir.
Diqqətə çatdırılıb ki, öz məkrli, təcavüzkar və işğalçı siyasətindən əl çəkməyən Ermənistan yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş pandemiya dövründə də müxtəlif istiqamətlər üzrə atəşkəs rejimini pozmaqla tələfatla nəticələnən təxribatçı hərəkətlərini davam etdirir. Belə ki, düşmən iyulun 12-də günorta saatlarından başlayaraq, atəşkəs rejimi növbəti dəfə kobud şəkildə pozub, artilleriya qurğularından istifadə etməklə ölkəmizin Ermənistanla sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini ələ keçirmək məqsədilə atəşə tutaraq hücuma keçməyə cəhd göstərib. Ancaq, şanlı Azərbaycan ordusu düşmənin hücumunun qarşısını uğurla alıb, onun çoxsaylı canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Öz acizliyini növbəti dəfə dərk edən düşmən dövlətimizə qarşı informasiya müharibəsi aparmağa başlayıb.
Videokonfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

