Erməni hərbçiləri yerli əhalini atəşə tutur: Tərtər sakini təsadüf nəticəsində sağ qalıb
27.08.2020 [08:54]
1994-cü ildən bəri evinə iki dəfə mərmi düşüb, yaralanan atası dünyasını dəyişib, bu dəfə isə xoşbəxtlikdən xəsarət alan olmayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb. Hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan erməni hərbçiləri avqustun 26-da səhər saat 5 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərələrini sındırıb.
AZƏRTAC-ın bölgə müxbiri Qapanlı kəndinə gedərək, erməni vəhşiliyini lentə alıb. Ev yiyəsi Zülfüqar Quliyev bildirib ki, düşmən kəndi mütəmadi olaraq atəşə tutur: “1994-cü ildə düşmənin atdığı “Qrad” mərmisinin evimizə düşməsi nəticəsində atam yaralandı, bir müddət sonra isə dünyasını dəyişdi. 2016-cı ilin aprel ayında kəndimiz növbəti dəfə atəşə tutulanda həyətimizə yenidən top mərmisi düşdü. Qonşularımızın da evlərində qəlpə və güllə izləri var. Bu gün səhər saat 5-ə işləmiş düşmən kəndimizi yenidən atəşə tutmağa başladı. Güllənin biri evimizin pəncərəsini qıraraq otağın divarına dəydi. Bura bizim televizora baxdığımız otaqdır. Yaxşı ki, ailə üzvlərimizdən heç kim həmin vaxt otaqda deyildi. Əgər otaqda olsaydıq, hökmən xəsarət alacaqdıq”.
Düşmənin atəşi nəticəsində hər dəfə kənd sakinlərinin ziyan çəkdiyini deyən evin xanımı Səadət Xəlilova dünya qadınlarına müraciət edib. “İstəyirəm ki, bu haqsızlığa görə dünya qadınları səsimizə səs versin, haqq öz yerini tapsın. İşğalçı erməni ordusu bizim torpaqlarımızdan çıxsın. Bu qan-müharibə bitsin. Nə vaxtadək erməni gülləsinin hədəfi olacağıq?”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə düşmən atəşindən zərər çəkməyən ev demək olar ki, qalmayıb. Lakin buna baxmayaraq, kənddə həyat hər zaman öz axarı ilə davam edir. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13

