Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Karantin qaydalarına əməl olunması COVİD-19-la mübarizədə əldə olunan uğurların davamlığını təmin edir

Karantin qaydalarına əməl olunması COVİD-19-la mübarizədə əldə olunan uğurların davamlığını təmin edir

28.08.2020 [09:00]

Ekspertlərin fikrincə, ölkəmizdə digər vətəndaşlar kimi inanclı şəxslər də dövlətin qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, yüksək məsuliyyət, intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin qaydalarına uyğun olaraq müvafiq addımlar atılır. Belə ki, karantin müddətində kütləvi toplantılar, böyük ticarət mərkəzlərinin fəaliyyəti qadağan olunub, o cümlədən məscidlərdə də dini ayinlərin keçirilməsinə, müvəqqəti olaraq icazə verilmir. Onu da qeyd edək ki, Məhərrəm ayı və Aşura günü bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının bununla bağlı müraciətində də bildirildiyi kimi, Aşura günü ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkəmizdə yeni növ koronavirus infeksiyasının yenidən yayılmasına yol aça bilər. Ümumiyyətlə, xarici ölkələrin təcrübəsi göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Bu səbəbdən, hətta İslamın vacib şərtlərindən biri olan Həcc ziyarəti dayandırılıb, bir sıra İslam ölkələrində belə Aşura mərasimlərinin kütləvi formada keçiürilməsi qadağan edilib. Məsələn, İran İslam Respublikasının Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan olunub.
Məsələ ilə bağlı fikirlərini bölüşən QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyat elmləri doktoru, professor, İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli bildirib ki, müsəlmanların müqəddəs saydıqları Məhərrəm ayı və bu ayda icra edilən dini ayinlər Azərbaycanda hər zaman xüsusi ehtiramla və yüksək səviyyədə təşkil edilib. Hazırda dünyanı bürüyən COVID-19 pandemiyasına yoluxma hallarının sürətlə artması, insanların sağlamlıqlarına ciddi təhlükələrin yaranması fonunda bu ayinlərin kütləvi şəkildə keçirilməsi ölkəmizdə də müəyyən risklər yaradır: “İçərişəhər Cümə məscidində inanclı kəsimlə virtual rabitə yaradılıb və hər gün Məhərrəm ayının əməlləri, dualar və digər müvafiq qaydalar barədə sosial şəbəkələr vasitəsi ilə məlumatlar verilir, çıxışlar edilir. Məhz onlayn əlaqə ilə biz insanlara Məhərrəmliyin mahiyyətini, bu ayın müqəddəsliyinin təfərrüatlarını aşılayırıq, informasiya texnologiyalarının verdiyi imkanlardan maksimum yararlanmaqla minlərlə insanla rabitədə oluruq. COVID-19 təhlükəsi ilə bağlı QMİ bəyan edib ki, insanlar kütləvi şəkildə bir yerə toplaşmamaq üçün Qan Bankına müraciət edib, qana ehtiyacı olan xəstələrimizə yardım göstərə bilərlər. Fikrimcə, indki halda vətəndaşlarımız qaydalara əməl etməli və həm özlərinin, həm də digər insanların sağlamlıqlarının qeydinə qalmalı, kütləvi şəkildə toplanmamalıdırlar”.
O da qeyd olunub ki, ölkəmizdə digər vətəndaşlar kimi inanclı şəxslər də dövlətin qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, yüksək məsuliyyət, intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov bildirib ki, bu il COVID-19-un geniş yayılmasının qarşısının alınması ilə bağlı atılan addımlar sırasında kütləvi tədbirlərin keçirilməsinin müvvəqqəti olaraq qadağan olunması da var. Məhz bu səbəbdən bu il Aşura gününün qeyd olunması və digər bu dini adətlə bağlı kütləvi tədbirlərin keçirilməsi də karantin qaydalarına uyğun olaraq qadağan edilib. Bu qadağa məhz insanların sağlamlıqlarının qorunmasına xidmət edir və karantin qaydalarından irəli gəlir: “Mən vətəndaşlarımızı qaydalara əməl etməyə dəvət edirəm. Məlumdur ki, bir çox İslam ölkələrində də bu qadağanlar tətbiq olunub və insanları bunu anlayışla qarşılamaqları xahiş edilib. Azərbaycan xalqı da təbii ki, karantin qaydalarının tələblərinə uyğun olaraq tətbiq edilən qadağanı anlayışla qarşılayacaq. Xüsusilə də məscidlər bağlı olsa da bəzi şəxslər evlərində bu mərasimləri təşkil etmək istəyəcəklər. Bu istəyinizdən əl çəkməyinizi xahiş edirəm. Aşura fəlsəfəsinin də bir tələbi insanların təhlükələrdən, müsibətlərdən qorunmasıdır. Virusa kütləvi yoluxma halı da elə müsibətdir. Əgər öz hərəkətinizlə digər insanlara ziyan vurursunuzsa, fərqi yoxdur pis və ya yaxşı niyyətdən, bunun özü elə İslam qaydaları ilə böyük günahdır”.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31