Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / COVID-19 pandemiyası hələ bitməyib

COVID-19 pandemiyası hələ bitməyib

29.08.2020 [00:21]

Ekspertlər qeyd edirlər ki, xüsusi karantin rejimininin bir müddət daha davam etməsi yoluxma sayının artım dinamikasına yol verilməməsi baxımından olduqca vacibdir

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Vurğulanmalıdır ki, hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Məhz bunun nəticəsində xüsusi karantin rejiminin yumşaldılması, bir sıra məhdudiyyətlərin aradan qaldırılması mümkün olub. Bütün bunlarla yanaşı, qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış sezonu gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti COVID-19 infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib: “Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə də məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi. Onu da qeyd edim ki, Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarını qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov isə bildirib ki, avqustun 5-dən statistik göstəricinin müsbətə doğru dəyişməsini nəzərə alaraq yumşalmaya gedilsə də, mütəxəssislərin verdiyi rəy və tövsiyələr onu deməyə əsas verir ki, hələ bizi qarşıda uzun mərhələ gözləyir: “Artıq pandemiya reallığı ilə yaşamağa adaptasiya olmalıyıq. Cəmiyyətin müxtəlif kəsimləri öz sağlamlıqları üçün müəyyən addımlar atsa, proseslərin təbii yolla cərəyan etməsinə nail olarıq. Yoluxma hallarının sayının artmaması üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlarımız vaksin tapılana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özlərini və ətrafdakıları qorumalıdır”.

Pərviz

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31