Arxayınlıq və ehtiyatsızlıq yoluxmaların sayının artmasına yol aça bilər
17.09.2020 [09:41]
Ekspertlər hesab edirlər ki, vətəndaşlar yumşalmaları pandemiyanın bitməsi kimi qəbul etməməlidirlər
Payızda dünya miqyasında koronavirus pandemiyasının yenidən aktivləşəcəyi barədə səslənən proqnozlar artıq təsdiqlənməkdədir. Belə ki, hətta yoluxmanın az olduğu ölkələrdə belə statistik rəqəmlər artır və bu da həmin dövlətlərin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində yeni sərt tədbirlər görməsinə yol açır. Məsələn, Gürcüstanda pandemiyanın “ikinci dalğası” elan olunub. İsraildə COVİD-19-a yoluxmada rekord rəqəmlər qeydə alınmaqdadır. Avstriyada isə pandemiyanın ikinci dalğasının başladığını rəsmən bəyan edilib. Bundan əlavə Türkiyə, Rusiya və digər ölkələrdə yoluxma hallarının artması yeni məhdudiyyətlərin tətbiqini qaçılmaz edib.
Bu məqamları nəzərə alan bir sıra tibbi ekspertlər bildirirlər ki, ölkəmizdə də Nazirlər Kabinetinin yenidən bir sıra yumşalmalarla bağlı verdiyi qərar arxayınlıq yaratmamalıdır. Vətəndaşlar sanitar-gigiyenik qaydalara daha çox riayət etməlidir. Əks halda, payız-qış mövsümündə respirator xəstəliklərlə paralel olaraq COVID-19-a yoluxmanın sayında yenidən artım yarana bilər.
Öz növbəsində Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan uğurlu fəaliyyət karantin qaydalarının yumşalması ilə bağlı addımların atılmasına yol açıb. Onun sözlərinə görə, bir sıra sərt qadağaların yumşaldılması istiqamətində addımlar atılsa da, Operativ Qərargah tərəfindən hazırlanan təlimatlara riayət olunması mütləq şərtdir: “Təbii ki, hər bir halda yumşalmalar risklərə də yol açır. Məlum olduğu kimi, digər ölkələrdə artıq ikinci dalğa özünü büruzə verir. Azərbaycanda da bu halın yaşanması mümkündür. Bu baxımdan, sosial məsafənin qorunması, gigiyenik qaydalara əməl etmə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına ciddi əməl olunmalıdır. Koronavirusun daha geniş yayılmamasının qarşısının alınması istiqamətində dövlətin müvafiq strukturlarının fəaliyyəti ilə yanaşı, vətəndaş məsuliyyəti də olduqca mühüm əhəmiyyət kəsb edir. Tibbi ekspertlər statistik məlumatların təhlili əsasında dünya üzrə daha riskli halın oktyabrın ortaları ilə noyabrın ortaları arasında müşahidə ediləcəyini bildirirlər. Bu mənada, insanlar qaydalara riayət etməklə həm özlərini, həm də yaxınlarını maksimum şəkildə infeksiyadan qorumuş olarlar”.
Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri Sveta Rəfiyeva isə qeyd edib ki, ölkəmizdə yoluxmanın dinamikasında müəyyən stabilliyin yaranması xüsusi karantin rejimində növbəti yumşalmaların edilməsinə əsas yaratdı. Onun sözlərinə görə, vətəndaşlar yumşalma tədbirini hər şeyin bitməsi kimi qəbul etməməlidir: “Karantin rejimində yumşalmalar tətbiq edilən bir sıra ölkələrdə yoluxmaların artması halları baş verdiyindən həmin ölkələrdə yenidən qaydalar sərtləşdirilir. Məsələn, Almaniya, Fransa, Çexiya, İsrail, Gürcüstan və bir sıra digər ölkələrdə yenidən məhdudiyyətlərin tətbiq olunmasına başlanılıb”.
S.Rəviyeva əlavə edib ki, vətəndaşlar mütləq şəkildə sanitar-gigiyenik qaydalara riayət etməlidirlər. Onun sözlərinə görə, həyatın normal məcraya qayıtması üçün hətta yumşalma tədbirlərindən sonra da karantin qaydalarına uyğun yaşamaq lazımdır: “QHT rəhbəri bildirib ki, ikinci dalğanın baş verib-verməsi və yaxud baş verdiyi təqdirdə daha az itkilərlə sovuşması yenə də bizim hər birimizdən asılıdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

