/ / Rus Pravoslav Kilsəsinin baş keşişi: Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə alması terror aktı, hərbi cinayətdir
Rus Pravoslav Kilsəsinin baş keşişi: Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəfə alması terror aktı, hərbi cinayətdir
15.10.2020 [09:06]
Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəf alması terror aktı, hərbi cinayətdir. Bunu pisləyirəm. Bu, aqressiyadır. Hərbçilər döyüş meydanında döyüşər, terroristlər isə dinc əhalini hədəf alırlar.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu oktyabrın 14-də Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov Gəncədə jurnalistlərə müsahibəsində deyib.
Baş keşiş bildirib ki, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə almasını, nəticədə uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsini qınayır.
Denis Sotnikov qeyd edib ki, dinc əhalinin heç bir günahı yoxdur. Amma ermənilər Azərbaycanı təxribata çəkmək üçün qəsdən belə məkrli addımlar atırlar: “Bizim Prezidentimiz İlham Əliyev çox müdrik siyasətçidir. O, insanları qələbəyə aparır, düzgün yola çağırır. Bugünkü dualarımızda dünyaya sülh arzuladıq, işğal altındakı torpaqlarımızın azad olunmasını dilədik və həlak olan dinc sakinlərin xatirəsini andıq. Qarabağ bizim torpaqdır. Mən milliyyətcə rus olsam da, Gəncədə doğulub boya-başa çatmışam. Gəncə mənim üçün doğma şəhərdir, doğma torpaqdır. Bu gün burada mərasim keçirilən kilsə də ermənilərin Gəncəyə atdığı raket zərbələri nəticəsində ciddi zərər görüb. Təbii ki, Ermənistanın bu addımı çox pisdir. Belə olmalı deyil. Tolerant və multikultural ölkə olan Azərbaycan 30 il səbirlə gözlədi ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Biz dua edirik ki, ölkəmizdə, torpaqlarımızda sülh bərqərar olsun. Mən bütün dünyaya müraciət edirəm ki, bizim haqq işimizə mane olmasınlar. İşğala son qoyulmalıdır”.
Qeyd edək ki, oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anma mərasimi keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50
Gündəm
05 Avqust 11:40
Analitik
05 Avqust 11:20
COP29
05 Avqust 10:57
Analitik
05 Avqust 10:40
Analitik
05 Avqust 10:20
YAP xəbərləri
05 Avqust 10:06
Analitik
05 Avqust 10:05
Analitik
05 Avqust 09:55
Analitik
05 Avqust 09:40

