Koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün vətəndaşlar məsuliyyətli olmalıdırlar
24.10.2020 [09:03]
Mütəxəssislər hesab edirlər ki, əhalinin mövcud qaydalara əməl etməsi, tibbi maskadan istifadə etməsi və sosial məsafənin gözlənilməsi yoluxma hallarının qarşısını əhəmiyyətli dərəcədə ala bilər
Məlum olduğu kimi son günlər bütün dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları sürətlə armaqdadır. Bu xoşagəlməz proses Azərbaycandan da yan keçməyib. Mütəxəssislər hesab edirlər ki, virusun geniş yayılmasının qarşısını almaq üçün vətəndaşlar mövcud qaydalara əməl etməlidirlər.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirib ki, hər bir vətəndaşımız vəziyyətin ciddiliyini nəzərə almalıdır. Millət vəkili qeyd edib ki, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi üçün uğurlu əks-hücum əməliyyatları apardığı bir vaxtda vətəndaşlarımız daha məsuliyyətli və diqqətli olmalıdır: “İndi hər bir azərbaycanlı əsgərlərimizə dəstək olmağa çalışır. Ancaq vətənpərvərlik həm də vətəndaş məsuliyyəti deməkdir. Biz ərazi bütövlüyümüz uğrunda canlarından keçməyə hazır olan, döyüş bölgəsində əsl fədakarlıq göstərən gənclərimizin sağlamlığını düşünməliyik. Düşünməliyik ki, tendensiya bu cür davam etsə bu, onların mənəvi-psixoloji durumuna necə təsir göstərə bilər? Səhiyyəmiz hansı çətinliklərlə üz-üzə qala bilər?”.
Onun sözlərinə görə, Azərbaycanın bütün müvafiq dövlət qurumları, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyətinin təmsilçiləri ictimaiyyəti məlumatlandırmaq və maarifləndirmək üçün mütəmadi və sistemli iş aparır: “Təəssüf ki, görülən işlərə, edilən xəbərdarlıqlara ictimai münasibət arzuolunan səviyyədə deyil. Əslində, vətəndaşlardan mümkün olmayan nəsə tələb edilmir. Sadəcə, fiziki məsafə, tibbi qoruyucu vasitələrdən istifadə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan bəzi məhdudiyyətlərə riayət etmək lazımdır. Bu, həm bizim Vətən müharibəsində qələbəmiz, həm də koronavirusla mübarizədə uğur qazanmağımız üçün həyati əhəmiyyət daşıyır”.
S.Məmmədov onu da deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa müraciət edərək yoluxmanın minimuma endirilməsi üçün hər kəsi koronavirusun təhlükəsini unutmamağa, qaydalara riayət etməyə çağırması dövlətin bu məsələyə nə qədər həssas yanaşdığını göstərir: “Dövlət öz üzərinə düşən bütün vəzifələri maksimum uğurla yerinə yetirir. İndiki şəraitdə daha çox məsuliyyət vətəndaşların üzərinə düşür. Bu baxımdan, hesab edirəm ki, bu çağırışlara diqqətlə yanaşmaq hər kəsin borcudur”.
“Mütəxəssislər əhaliyə xəbərdarlıq edir, həyəcan təbili çalırdılar ki, yoluxma sayları artıma doğru gedir. Hazırkı rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım tempi davam edəcək. Hazırda insanlarda o qədər arxayınlıq yaranıb ki, virusa qarşı zəruri tədbirləri görməkdən imtina edirlər. Haqlı olaraq bütün diqqət ön cəbhəyə yönəlib. Lakin arxa cəbhəni də unuda bilmərik”. Bu fikirləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, pandemiya ilə bağlı arxa cəbhədəki nailiyyətsizlik ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə həkim, əsgər-zabit heyətinə də təsir göstərə, xəstəxanalarda həkim, eyni zamanda, çarpayı qıtlığına səbəb ola bilər: “Bu problemin bizim qələbə sevincimizə təsir göstərməməsi, zabitlərimizin, əsgərlərimizin koronavirusa düçar olmaması üçün arxa cəbhədəki vətəndaşlar maksimum dərəcədə diqqətli olmalıdırlar. Rəqəmlərin artımına səbəb fərdi məsuliyyətsizlik və arxayınlaşmadır. Yoluxma saylarındakı stabillik arxayınlaşmaya səbəb oldu. Yumşalmalardan sonra təkrar artımın ola biləcəyini dəfələrlə qeyd etmişdik. Lakin indi elə bir dönəmdir ki, vətəndaşlar daha həssas, daha məsuliyyətli olmalıdırlar. Yoluxma saylarındakı artım qaydalara əməl edənlərin sayının ötən aylara nisbətən azaldığının göstəricisidir”.
Mütəxəssis qeyd edib ki, pandemiyanın qarşısını almağın yeganə yolu onu lokallaşdırmaqdır. Ona görə də, xəstələrlə və ya xəstə olacağı ehtimal edilənlərlə təmasın qarşısı alınmalıdır. Bunun üçün bəsit tədbirlərə daha məsuliyyətli və ciddi yanaşılmalıdır: “Xəstəliyin yayılmasının qarşısını almaq üçün vətəndaşlar təmasdan qaçmalıdırlar. Həmçinin onlar zəruri olmadıqca bir-birinin evinə getməməli, görüşməməli, qapalı məkanlarda mütləq maska istifadə etməlidirlər. Gigiyena qaydalarına əməl etmək unudulmamalıdır. Hazırda kritik günlər yaşayırıq. Burada vətəndaşların məsuliyyətinə güvənmək vəziyyəti daha da çətinləşdirə bilər. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejimi nisbətən sərtləşdirildi. Lakin təhsil müəssisələrinin bağlanması, metronun işləməməsi yetərli olmaya, insanların təmas etdiyi başqa obyektlərdə xəstəliyin ötürülməsi davam edə bilər. Düşünürəm ki, buna ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür, qaydalara əməl etməyənlər sərt şəkildə cəzalandırılırlar. Zənnimcə, belə cəza tədbirləri qüvvəyə minməlidir. Əgər vəziyyət kritikləşsə, yayda olduğu kimi təkrarən daha da sərt karantin rejiminə keçilə bilər. Azərbaycan haqq savaşındadır və torpaqlarımızın azadlığı uğrunda mübarizədə yaralılarımız da var. Onlara da tibbi xidmət göstərəcək həkim heyəti, tibbi personal, həmçinin xəstəxanalarda çarpayı lazımdır. Əgər xəstəxanaları məsuliyyətsiz davranaraq yoluxan insanlarla doldursaq, o zaman vəziyyət çətinləşər. Hazırda bizim səhv etməyə, diqqətsiz davranmağa haqqımız yoxdur. Bu gün virusa yoluxanların sayı sağalanların sayını xeyli üstələyir. Xəstəliyin yayılmasına özümüz şərait yaradırıq. Məsuliyyətsizlik səbəbindən yoluxanların sayı get-gedə artmaqdadır. Təbii ki, məsuliyyətli insanlar da var. Lakin qurunun oduna yaş da yanır. Burada ictimai qınağın olması vacibdir. İctimai qınaq vətəndaşların əksəriyyətinin qaydalara əməl etdiyi halda mümkündür. Yəni onlar digərlərini də qaydalara əməl etməyə məcbur edə bilərlər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07

