Qrip virusu ilə necə mübarizə aparaq?
25.11.2020 [09:01]
Mülayim və ya həddindən artıq soyuq keçən havalar bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Dünyanı cənginə alan COVID-19-la mübarizə apardığımız vaxtda mövsümi xəstəliklərin də bir tərəfdən baş qaldırması insanları çətin durumla üz-üzə qoyur. Ekspertlərin qeyd etdikləri kimi, qrip hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biridir. Qrip virusu öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə ətrafdakılara ötürülür. Mövzu ilə bağlı pediatr-infeksionist Ayşə Süleymanova qəzetimizə açıqlamasında bildirib ki, payız mövsümündə soyuqdəymə halları çoxalır. İlin bu fəslində kəskin respirator xəstəlikləri və qrip geniş yayılır. Onun sözlərinə görə, risk qrupuna daxil olanların əksəriyyəti 65 yaşdan yuxarı insanlar və bir yaşa qədər uşaqlardır. Risk qrupuna, həmçinin tənəffüs yollarının xəstəliklərindən və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər, habelə hamilə qadınlar da daxildir: “Həkim zökəmin, öskürəyin və digər soyuqdəymə təzahürlərinin səbəbini dəqiq bilməyəndə “kəskin respirator xəstəliyi” diaqnozu qoyur. Virus infeksiyaları və gənziyin xroniki infeksiyalarının kəskinləşməsi də bu qrupa aiddir. Əgər hərarətiniz çox yüksəkdirsə, ehtimal ki, bu, qripin əlamətidir. Soyuqdəymə nadir hallarda yüksək hərarətlə müşayiət olunur. Mövsümi xəstəliklərə tutulmamaq üçün uzun müddət soyuq havada qalmamaq lazımdır. Bundan əlavə, tərkibində vitaminlər çox olan qida qəbul etmək lazımdır. Fəal həyat tərzi də zəruridir. İnsanların toplaşdığı yerlərə getmək məsləhət görülmür. Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Qripə yoluxanların əksəriyyəti tamamilə yaxşılaşır, bəzən isə tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır”.
Həkimin sözlərinə görə, immuniteti zəif olanların respirator xəstəliklərinə yoluxma ehtimalı daha çox olur: “A, B, C, və E vitaminləri ilə zəngin məhsullara üstünlük vermək tövsiyə olunur. Cəfəri, bibər, soğan, sarımsaq, kərəviz və brokkolidən istifadə etmək çox faydalıdır. Çoxlu maye qəbul edilməsi də immuniteti gücləndirir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10

