Manlio Di Stefano: Ağdamdakı dağıntıları görmək insanda çox ağır təəssüratlar yaradır
10.12.2020 [09:23]
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub
Dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və başqaları müşayiət ediblər.
Nümayəndə heyəti Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.
Əvvəlcə qonaqlar Ağdam şəhərinin tarixi məkanlarından biri olan İmarət qəbiristanlığına gəliblər.
Burada onlara rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən Ağdamın tarixi, Sovet hakimiyyəti illərində rayonun sosial-iqtisadi vəziyyəti, habelə işğaldan sonrakı illərdə yaranmış mövcud vəziyyətlə bağlı məlumat verilib. Bildirilib ki, 1993-cü il iyulun 23-də mühüm coğrafi mövqedə yerləşən Ağdam rayonunun 77 faizini - 1 şəhər, 1 qəsəbə, 79 kəndi işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.
Diqqətə çatdırılıb ki, İmarət qəbiristanlığında Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İmrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin xanlığın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Odur ki, qarabağlılar üçün əziz olan bu məkan həmişə ziyarət olunub və məzarlığın ətrafında məscid və digər mədəni tikililər yaradılıb. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra şəhərin bütün tikililəri kimi İmarət qəbiristanlığı da erməni vandalizminə məruz qalıb. Qəbiristanlıqdakı türbə və sənduqə tipli məzarlıqlar dağıdılıb, baxımsız vəziyyətə salınmış məsciddən isə tövlə kimi istifadə olunub.
Sonra qonaqlar Ağdam şəhəri ərazisində mövcud olmuş Çörək muzeyinin xarabalıqları ilə tanış olublar. Bildirilib ki, dünyada ikinci olan Ağdam Çörək muzeyinin əsası 1983-cü ildə qoyulub. Həmin illərdə Ağdamda olmuş leninqradlı qonaq 1943-cü ildə yaşadığı şəhər alman faşistləri tərəfindən mühasirədə olarkən yerli əhaliyə paylanmış çörək talonlarından birini və həmin ağır günlərdən xatirə kimi saxladığı çörəyi muzeyə hədiyyə edib.
Maraqlı yaranma tarixçəsi olan Çörək muzeyinin əsası da məhz həmin ildə qoyulub. Sonrakı illərdə Çörək muzeyi üçün qədim dəyirmanın yerində Muzey binası tikilib. Muzeydə 130-dan çox çörək nümunəsi qorunurdu. Ağdamın bütün tikililəri kimi, Çörək muzeyinin binası da erməni barbarları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub.
Daha sonra qonaqlar nəinki Ağdamın, eləcə də Qarabağın tarixi memarlıq xüsusiyyətlərini özündə əks etdirən Cümə məscidinə gəliblər.
Diqqətə çatdırılıb ki, digər tarixi abidələrimiz kimi 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin hələ də uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Məhz Cümə məscidinin minarələrindən ətrafı asan müşahidə etmənin mümkünlüyü tarixi abidənin xilasına səbəb olub. Buna baxmayaraq, bütün müqəddəs məkanlarımız kimi bu məscidin də ibadət zalından erməni vandalları heyvan saxlamaq üçün istifadə ediblər.
Daha sonra nümayəndə heyəti Ağdam Dram Teatrının binasının qalıqları önündə rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotoları olan stendlərə baxıblar.
Manlio Di Stefano jurnalistlərə müsahibəsində Ağdamda müharibənin acınacaqlı nəticələrini, dəhşətli üzünü, dağıntıları gördüklərini bildirib. “Burada gördüyüm səhnələr çox təsiredicidir və bu dağıntıları görmək insanda çox ağır təəssüratlar yaradır. Amma biz gələcəyi düşünürük və ümid edirik ki, yaxın vaxtda buralara həyata qayıdacaq”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07

