Şəhid anası: Oğlumun ən böyük istəyi torpaqların azad edilməsi idi
22.12.2020 [09:51]
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Beyləqan rayon sakini Emin Məmmədovdur. O, peşəkar snayperçi kimi müharibədə qəhrəmanlıq göstərərək düşmənin onlarla canlı qüvvəsini məhv edib. Elə döyüş başlayan gün düşmənin canlı qüvvəsini məhv etdiyi anı da lentə alıb. Vətən müharibəsinin ilk günü qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib.
Məmmədov Emin Vətən oğlu Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. Kəşfiyyatçı ixtisasına mükəmməl yiyələnmək üçün müxtəlif kurslarda iştirak edib. Peşəkar hərbçi kimi yetişib. Emin hələ 2016-cı ilin Aprel döyüşləri zamanı da qəhrəmanlıq göstərib. 44 günlük Vətən müharibəsinə isə xüsusi təyinatlı snayperçi kimi qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri şəhid Emin Məmmədovun evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub. Şəhidin atası Vətən Məmmədov Emin haqqında fəxrlə danışır. Deyir ki, torpağa, Vətənə bağlı övlad olub. “Xüsusi təyinatlı snayperçi kimi işinin öhdəsindən çox gözəl gəlirdi. Bir çox əməliyyatlarda iştirak edib. Təxribat törətmək istəyən düşmən hərbçilərini tanıyıb və silahdaşlarını qorumağı bacarıb. Sentyabrın 27-də döyüş başlayanda əks hücuma keçərək düşmənin üç postunu ələ keçiriblər. Dördüncü postun yerləşdiyi təpənin azad edilməsi uğrunda döyüşdə şəhid olub. Şəhid olan gün də çəkdirdiyi şəkillərdə üzü gülürdü. Yoldaşları deyir ki, gülə-gülə də şəhid olub”.
Anası Səbinə Cəfərova deyir ki, Eminin arzuları, istəkləri var idi: “Dedi, müharibə qurtarsın, qız evinə gedəcəkdik. İstədiyi vardı. Müharibənin başlamasını heç bizə bildirmədi. Axırıncı doğum gününü 28 yaşını avqustun 15-i keçirdi. Elə bil ürəyinə dammışdı şəhid olacağı. Yoldaşlarına deyirdi ki, şəhid olsam, üstümə gül-çiçəklə gələrsiniz. Ancaq bizə bildirmirdi. Yoldaşları bizə danışırdı ki, Emin hiss eləmişdi şəhidliyini. Ən böyük arzusu torpaqların azad edilməsi idi. Bu yolda da şəhid oldu. Ruhu şaddır ki, torpaqlar azad olunub”.
Şəhid Emin Məmmədov doğulduğu Qəhrəmanlı qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin...
Xəbər lenti
Hamısına baxMaraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07

