Professor Həqiqət Qədirova: Hər kəsin vaksinasiyadan keçməsini tövsiyə edirəm
02.02.2021 [09:38]
Artıq bütün dünyada yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə dünyanın gündəmini təşkil edən əsas məsələlərdəndir. Mütəxəssislər dünyada 100 milyondan artıq insanın yoluxduğu, 2 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-un qarşısının yalnız vaksinasiya ilə alına biləcəyini deyirlər.
Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova bildirib ki, vaksinlər mikroblardan, ya da onların həyat fəaliyyəti nəticəsində ifraz etdiyi maddələrdən hazırlanmış bioloji preparatlardır: “Bunları insan orqanizminə yeritdikdə həmin mikroba qarşı immunitet yaranır. Ona süni immunitet deyilir. Vaksinlər diri, zəiflədilmiş və öldürülmüş ola bilər. Hazırda bizim ölkədə tətbiq olunan vaksin öldürülmüş virusdur. Həmin virus vero adlanan hüceyrələrdə becərilir, onun kütləsi çoxaldılır, xüsusi üsullarla öldürülür. Müxtəlif maddələr əlavə edilərək stabilləşdirilir və bundan sonra vaksin kimi istifadə olunur”.
Mütəxəssis bir neçə qrup vaksin arasından Çin Xalq Respublikasının “Sinovac” şirkəti tərəfindən istehsal olunan vaksinin seçilməsini onun təhlükəsizliyi ilə əlaqələndirir: “Bu vaksinin seçimi TƏBİB-in Elmi Komitəsində və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında dəfələrlə müzakirə olunub. Tətbiqi üçün, ilk növbədə, vaksinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən inaktivləşdirilmiş peyvəndlər təhlükəsiz hesab olunur. İkinci parametri isə effektivliyidir. Yəni vaksin orqanizmə vurulduqdan sonra immunitet yaratmalıdır. Bu peyvəndlərin kifayət qədər immunitet yaratmaq qabiliyyəti var. Bir çox ölkədə vaksinin əlçatmaz olmasına baxmayaraq, Azərbaycanda peyvəndləmə prosesinə vaxtında başlanılmasını insan sağlamlığının daim diqqətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirmək lazımdır”.
“Bir virusoloq, immunoloq və mikrobioloq kimi hər kəsin mütəşəkkilliklə vaksinasiyadan keçməsini tövsiyə edirəm. Yanvarın 21-də həmin peyvəndi vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm. Onu da deyim ki, rəhbərlik etdiyim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub. Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə də yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır. Əgər vaksinasiya olmamışıqsa, yoluxmaq və yoluxdurmaq ehtimalımız çoxdur”, - deyə direktor söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

