/ / 23 şəhər və rayonda 2 milyon 256 min nəfər sakinin xidmətlər zərfindən dövlət büdcəsinin vəsaiti hesabına istifadəsi təmin edilib
23 şəhər və rayonda 2 milyon 256 min nəfər sakinin xidmətlər zərfindən dövlət büdcəsinin vəsaiti hesabına istifadəsi təmin edilib
05.02.2021 [09:41]
Nazirlər Kabinetinin Qərarına əsasən 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın ölkənin 23 şəhər və rayonunda tətbiqinə başlanılıb. Dövlətimiz ilkin mərhələdə bütün xərcləri öz üzərinə götürüb və həmin ərazilərdə sığorta haqqı toplanılmayıb. Bu dövlətimiz tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən dövlət büdcəsindən icbari tibbi sığortanın ötən ilin yanvarından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat sığorta haqqı ayrılıb. Nəticədə 23 şəhər və rayonda 2 milyon 256 min nəfər sakinin xidmətlər zərfindən dövlət büdcəsinin vəsaiti hesabına istifadəsi təmin edilib. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına tibbi xidmətlərlə təmin edilməsi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü xeyli azaldıb.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.
Z.Əliyev, həmçinin bildirib: “23 şəhər və rayonda fəaliyyət göstərən dövlət tibb müəssisələrinin agentliyə təqdim etdikləri ilkin hesabatlara əsasən, 2020-ci il ərzində 1 milyon 147 min 834 nəfər həmin müəssisələrə ümumilikdə 4 milyon 170 min 432 dəfə müraciət edib. Ən çox müraciət olunan şəhər və rayonlara gəlincə, bunlar Mingəçevir şəhəri (449 837), Xaçmaz (348 856), Ağdaş (328 756), Zaqatala (291 814) və Yevlax (275 779) rayonları olub. Həmin müraciətlər üzrə 8 milyon 339 min 508 tibbi xidmət göstərilib. Beləliklə, həmin ərazilərdə rəsmi qeydiyyatda olan əhalinin 50 faizi tibb müəssisələrinə müraciət edərək xidmətlərdən yararlana bilib.
Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (1 156 586), Xaçmaz (615 557), Ağdaş (512 834), Yevlax (512 451) və Şəki (510 891) rayon mərkəzi xəstəxanalarıdır. Müraciətlərin çoxu tibbi müayinə, habelə qan dövranı sistemi, tənəffüs sistemi, endokrin sistemi, maddələr mübadiləsi və qidalanma pozuntuları, sidik-cinsiyyət sistemi və həzm sistemi xəstəlikləri ilə bağlı olub”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

