Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Peyvəndləmə zamanı hər iki dozanın eyni şirkətin istehsalı olması məsləhətdir

Peyvəndləmə zamanı hər iki dozanın eyni şirkətin istehsalı olması məsləhətdir

11.06.2021 [08:45]

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə, o cümlədən vaksinasiya prosesi davam etdirilir. Qeyd edək ki, ölkəmizə COVID-19 infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını artırır. Bu arada, TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib ki, vaksinasiya zamanı eyni qrup peyvəndin istifadəsi daha məqsədəuyğundur. Fərqli ölkələrin peyvəndini vurdurmaq istəyənlər isə bir sıra qaydaları nəzərə almalıdırlar: “Həmin halı şərtləndirən bəzi zəruri məqamlar ola bilər. İlk peyvənd dozası bir, ikinci peyvənd dozası fərqli qrupdan istifadə oluna bilər, lakin onların arasındakı müddət azı 28 gün olmalıdır. Yəni aradan minimum 28 gün keçməlidir ki, fərqli qrupdan olan ikinci doza istifadə olunsun. Bu, o zaman tətbiq edilə bilər ki, ilkin vurulan peyvənd dozasının ya vaxtı keçir, ya da əvvəl edilən peyvənd əlçatan olmur”.
Onun sözlərinə görə, fərqli qrup peyvəndlər fərqli mexanizmlərdə anticisimlər yaradır. Bu baxımdan, müxtəlif qrup peyvəndlərdən istifadə olunması tövsiyə edilmir. Mütəxəssis bildirib ki, hazırda ölkəmizə gətirilən bütün peyvəndlər iki dozada vurulur. İkinci doza peyvəndin tətbiq edilməsi mütləqdir. “Qoruyuculuq yaranmasını istəyiriksə, mütləq eyni qrup peyvənd ikinci dozada da tətbiq olunmalıdır. Ona görə də peyvənd mütləq iki dozada vurulmalıdır ki, anticisimlərin yaranmasına səbəb olsun. Buna əməl edilmədikdə qoruyuculuq aşağı olur və bu da gələcək fəsadlardan qorumur”, - deyə V.Əliyev bildirib.
Həkim-infeksionist onu da əlavə edib ki, hazırda ölkəmizdə peyvəndləmə prosesi sürətlə gedir və COVID-19 pasportu alanlara imtiyazların verilməsi əhalinin vaksinasiyaya marağını daha da artırıb.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31