/ / Baş pediatr Erkin Rəhimov: Peyvəndlər vaxtında vurulmazsa, uşaqlar arasında digər yoluxucu xəstəliklər yayıla bilər
Baş pediatr Erkin Rəhimov: Peyvəndlər vaxtında vurulmazsa, uşaqlar arasında digər yoluxucu xəstəliklər yayıla bilər
15.07.2021 [09:08]
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təlimatlarına əsasən, uşaq sağlamlığına ən çox müsbət təsir göstərən, həmçinin dünyada uşaq ölümlərinin qarşısını alan əsas faktorlar ana südü və vaksinasiyadır. Statistikaya görə, dünyada hər il təxminən 4-5 milyon uşaq məhz vaksinasiya sayəsində sağ qalır. Təəssüflər olsun ki, bunun əksinə olaraq ildə 2 milyona yaxın azyaşlı isə peyvənd vurulmadığı üçün həyatını itirir. Peyvəndin faydaları barədə danışan Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov bildirib ki, vaksinasiya uşaqları bir sıra ölümcül xəstəliklərə qarşı, doğrudan da, müdafiə edir. Onun sözlərinə görə, müvafiq peyvəndlər fəsadları ağır olan və qarşısı alına bilən xəstəliklər zamanı istifadə edilir: “Nəticədə, orqanizmdə xəstəliyə qarşı əvvəlcədən immunitet formalaşır, insan ya, ümumiyyətlə, xəstələnmir, ya da xəstəliyi yüngül keçirir. İstənilən xəstəliyə qarşı tətbiq edilən vaksinlər ciddi elmi tədqiqatlara əsaslanır”.
Baş pediatr bildirib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dönəmində uşaqların Milli Peyvənd Təqviminə əsasən, peyvəndlənməsi zəifləyib: “Vətəndaşlar koronavirusa yoluxmaqdan qorxduqları üçün tibb müəssisələrinə getmirlər. Bu dönəmdə xəstəliyi olan uşaqların peyvənd olunmasına daha az rast gəlinir. Demək olar ki, yalnız sağlam uşaqlar peyvənd olunurlar. Lakin valideynlər bilməlidir ki, əgər peyvəndlər vaxtında vurulmazsa, uşaqlar arasında koronavirusdan daha təhlükəli hesab edilən göyöskürək, qızılca, tetanus və digər xəstəliklərin yayılma ehtimalı arta bilər”.
Erkin Rəhimov peyvəndlərin istehsalı məsələsinə də toxunub: “Vaksinlərin istehsal prosedurları təkmilləşib və zərərlər minimuma endirilib. Bir çox dövlətlərdə peyvəndlənmə məcburidir. Yəni valideynlər övladlarını vaksinasiyadan keçirmədən bağçaya və yaxud da məktəbə göndərə bilməzlər. Valideynlər maariflənməlidirlər. Uşaqları vaxtında peyvənd etdirmək lazımdır ki, sadə xəstəliklərdən dünyasını dəyişməsinlər”.
Baş pediatr əlavə edib ki, peyvənd vurulan yerdə qızartı və səpkinin əmələ gəlməsi normaldır: “Lakin bəzən iynə yerində yaranan irinləmə bir müddət davam edir. Bədən temperaturu isə 38,5 dərəcəyə qədər qalxır. Ümumiyyətlə, vaksin vurulandan sonra uşaqda qıcolma, huşun itməsi və süstlük hiss edirsinizsə, mütləq həkimə müraciət etmək lazımdır. Bunlar çox nadir müşahidə olunan yan təsirlərdir”.
“Canlı peyvəndlər, sadəcə immuniteti zəif olan uşaqlar üçün qadağandır. Misal üçün, xərçəngdən və ya birincili və ikincili immunitet azlığı xəstəliklərindən əziyyət çəkənlər üçün təhlükəlidir. Cansız peyvəndlərin tətbiqi üçün isə əks-göstərişlər, ümumiyyətlə, məhduddur”, - deyə Erkin Rəhimov söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

