Yay fəslində qida zəhərlənmələri: nəyi bilməli, hansı tədbirlər görülməli?
17.07.2021 [09:15]
“Qida toksikoinfeksiyaları (zəhərlənmələri) çox sayda bakteriyalar və onların ifraz etdikləri toksinlər tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunan kəskin gedişli xəstəlikdir. Adətən, yüngül intoksikasiya əlamətləri ilə gedir və sağalma ilə yekunlaşır. Qida toksikoinfeksiyaları bakteriyalar və onların toksinləri ilə çirklənmiş kremli qənnadı məhsulları, ət, balıq, süd və digər ərzaq məhsullarını yedikdə baş verir”. Bu fikirləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.
V.Cavadzadə bildirib ki, sözügedən yeyinti məhsulları hazırlanarkən düzgün şəraitdə saxlanılmazsa, soyuducuya qoyulmazsa və açıq qabda saxlanılarsa, o zaman bakteriyalarla çirklənər. Onun sözlərinə görə, bəzən heyvanlar da infeksiya daşıyıcısı olur. Mastiti olan heyvanların da südü bakterioloji olaraq çirklənir. Bu da insanların süd məhsullarını istifadə etdikdə yoluxmaları ilə nəticələnir: “Qida toksikoinfeksiyalarının klinik əlamətləri qida qəbulundan 30 dəqiqədən 24 saata qədər davam edən gizli dövrdən sonra özünü büruzə verir. İlkin olaraq xəstələrdə ürəkbulanma, qusma, ishal və mədədə kəskin ağrılar baş verir. Əksər xəstələrdə ümumi zəiflik, halsızlıq, baş ağrısı və başgicəllənmə olur. Xəstələrdə üzün və bədənin dərisi solğunlaşır, dil ağ ərplə örtülür, təzyiq düşür - arterial hipotoniya və ürək döyüntüsünün sayının artması müşahidə edilir. Ağır xəstələrdə isə çoxsaylı qusma, bəzən selikli, qanlı nəcis ifrazı, su-duz və turşu-qələvi müvazinətinin pozulması, bəzən isə qaraciyər və dalağın böyüməsinə rast gəlinir. Ağır xəstələrdə su-duz mübadiləsinin pozulması nəticəsində əzələlərdə qıcolmalar baş verir”.
“Tövsiyəm odur ki, insanlar isti aylarda küçədə günəş şüaları altında satılan kremli qənnadı məhsullarını, ət, balıq və süd məhsullarını almasınlar. Bu qida məhsullarını mütləq soyuducuda saxlanılan dükanlardan əldə etsinlər”, - deyə mütəxəsəssis vurğulayıb.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22

