Valideynlər narahatdır...
16.12.2021 [10:46]
Məktəblərdə yoluxma artır
Günel Abbas
Ənənəvi təhsili qoruyub saxlamalıyıq
Son günlərdə təhsil ocaqlarında xüsusən də şagirdlər arasında mövsümi xəstəliklərə və koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bu vəziyyət övladlarını məktəbə göndərən valideynləri narahat etsə də, bəziləri xəstəlikdən tam sağalmadan şagirdləri dərs prosesinə cəlb edirlər.
Uşaqlar arasında virusa yoluxma hallarının artmasının səbəbi...
Yoluxma halları ilə mübarizə və onun səbəbləri barədə pediatr Qoşqar İsmayılov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, uşaqlar arasında virusa yoluxma hallarının artmasının səbəbi havanın çirklənməsidir: “Digər səbəb isə uşaqların pandemiya dövründə uzun müddət evdə qalmasından sonra immun sisteminin zəifləməsidir. Əgər uşaq xəstədirsə, mütləq həkimə müraciət edilməlidir. Xəstənin vəziyyətinə görə ambulator müalicə ala bilər”.
Həkim valideynləri övladlarını xəstəlikdən tam sağalmadan məktəbə göndərməməyə çağırdı: “Məktəbə isə yalnız tam sağaldıqdan sonra gedə bilərlər. Çünki bu halda həm başqaları yoluxur, həm də uşağın özü virusa təkrarən yoluxur”.
Çıxış yolu odur ki...
“Buna baxmayaraq, yoluxmaların qarşısını almaq üçün təhsil ocaqlarının bağlanmalı olduğunu düşünmürəm. Distant təhsilə keçilsə, xəstəlik azalacaq, ancaq ənənəvi təhsilə keçəndə yenidən eyni hal müşahidə olunacaq. Ona görə də çıxış yolu odur ki, xəstə uşaqlar sağalana qədər məktəbə getməsin. İnsanların immun sistemi vəziyyətə uyğunlaşandan sonra yoluxmaların sayı azalacaq”, - deyə vurğuladı.
Distant təhsildə şagirdlər dərslərə qoşulmaqda çətinlik çəkirdilər
Pandemiya dövründə distant təhsil məsələsi daha da aktuallaşdı. Hazırda uşaqlar arasında xəstəliyin artması təhsilin yenidən distant formaya keçirilməsi ilə nəticələnə bilərmi?
Təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, ölkəmizdə distant təhsillə bağlı kifayət qədər baza formalaşıb. Distant təhsilə keçilməsi ilə ilk vaxtlarda üzə çıxan problemlər yaşanmayacaq: “Son günlər məktəblərdə virusa yoluxma halları aşkarlanır, bunu məktəblərdə istilik sisteminin düzgün işləməməsi ilə və ya digər səbəblərlə əlaqələndirmək olar. Valideynlər xəstəliyin artmasından narahat olur. Koronavirusla bağlı verilən testlər bir çox hallarda neqativ olsa da, pozitiv aşkarlandığı faktlar da az deyil. Hər hansı məktəbdə kütləvi yoluxma aşkarlandığı təqdirdə lokal qapadılma olur və məktəb 14 gün karantinə alınır”.
Təhsil eksperti bildirib ki, qarşıdan yeni il gəlir, müvafiq olaraq tətil elan olunacaq və bu da məktəblərdə yoluxma riskini aşağı salacaq: “Ancaq ölkəmizdə “omikron” ştamı aşkar olunarsa, distant təhsilə keçilə bilər. Hazırda vaksinasiya prosesi sürətli şəkildə davam etdiyinə görə sərt karantinə gedəcəyimizi düşünmürəm. Distant təhsildə internet problemləri olurdu, şagirdlər dərslərə qoşulmaqda çətinlik çəkirdilər. Düşünürəm ki, biz ənənəvi təhsili qoruyub saxlamalıyıq. Distant təhsil yalnız ənənəvi təhsildən yararlanmağa imkanı olmayan insanlara tətbiq oluna bilər. Çünki ənənəvi təhsilin verdiyi performansı biz distant təhsildə müşahidə etmirik”.
Distant təhsildən alternativ kimi istifadə oluna bilər
Ekspert Elçin Süleymanovun sözlərinə görə, xəstəliyə yoluxma faktı təkcə məktəbdə yox, ictimai nəqliyyatda da aşkarlanır: “Əgər sentyabrda məktəblər açılmasa idi, vəziyyət bundan çox da fərqli olmayacaqdı. Riskə getmək vacibdir, virusla yaşamağa öyrənməliyik. Bir çox inkişaf etmiş dövlətlər təhsil ocaqlarını açdı. İctimaiyyətin digər sahələri də buna öyrəşməlidir. Çünki qapanmalarla virusun qarşısını almaq mümkün deyil. Qapanmalar zamanı müşahidə etmişik ki, yoluxma aşağı düşür, sonra yenidən artır. Artıq birinci yarımil sona çatır, bundan sonra qarşımızda yeni məqsədlər var. İkinci yarımildə havaların isinməsi pandemiyanın mövcud təhdidini azaldacaq. Məncə, onlayn təhsilə keçməyə hələ ehtiyac yoxdur. Ənənəvi təhsil şagirdlərin həm də cəmiyyətdə özünü idarəetməsi üçün vacibdir. Vacib olduğu zaman distant təhsildən yalnız alternativ kimi istifadə oluna bilər. Ancaq uşaqları məktəb atmosferindən qoparmaq olmaz”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

