Buraxılış imtahanları niyə tezləşdirilir?
24.02.2022 [10:26]
Ekspert: “İmtahanları birləşdirmək lazımdır”
MÜŞFİQƏ
Hazırda Azərbaycanın ümumi təhsil sistemində şagirdlərin yarımillik və illik qiymətləri summativ qiymətləndirmə nəticələri əsasında müəyyən olunur. Kiçik summativ qiymətləndirmə hər yarım ildə 3 dəfədən az, 6 dəfədən çox olmamaq şərtilə keçirilir. Cari tədris ilindən etibarən Bakı şəhərində yerləşən 40 ümumi təhsil müəssisəsində qiymətləndirmə rəqəmsal formata keçid edir.
Sualların səviyyəsi və sayında müəyyən güzəştlər ediləcək
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev mətbuata açıqlamasında şagirdlərin summativ qiymətləndirməsi zamanı müəyyən güzəştlərin tətbiq olunub-olunmayacağına aydınlıq gətirib: “Ola bilsin qiymətləndirmə zamanı sualların səviyyəsi və sayında müəyyən güzəştlər edilsin. Məktəblərdə əyani tədris bərpa olunandan bu yana dərslər fasiləsiz keçirilir. Əmin ola bilərsiniz ki, məktəblər koronavirusa görə, distant təhsilə keçsə belə, şagirdlər dərsləri onlayn qaydada keçiblər. Belə olanda müəllimlərə imkan yaranır ki, şagirdlər dərsə geri qayıtdıqda əlavə dərslər keçsinlər və əskik olan mövzuları tamamlasınlar”.
F.Qarayev deyib ki, təbii ki, pandemiyanın təsiri də danılmazdır: “Müəllimlərimiz də bunu nəzərə alır. Ümumilikdə, şagird və valideynlər illik biliklərin düzgün şəkildə qiymətlərilməsində maraqlıdırlar. Ona görə kortəbii güzəştin şagirdə, valideynə və cəmiyyətə xeyir verəcəyini hesab etmirəm”.
Buraxılış imtahanları mart və aprel aylarında keçiriləcək
Bundan başqa, DİM tərəfindən bu ilin mart və aprel aylarında keçiriləcək imtahanların tarixləri açıqlanıb. Buraxılış imtahanlarının marta keçirilməsi, tədris ilinin isə iyunun 15-də başa çatması tədris planlarının tam mənimsənilməməsi barədə insanlarda fikir yaradır. Proqram materialı başa çatmamış buraxılış imtahanlarının keçirilməsi ziddiyyət yaradır. Buna görə də DİM keçirilməyən dərs mövzularının buraxılış imtahan suallarına salınmayacağını bildirib.
Keçirilməyən dərs mövzuları buraxılış imtahan suallarına salınmayacaq
Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə DİM tərəfindən keçirilən imtahanlarda tədris planlarının, qüvvədə olan dərsliklərin və qəbul proqramlarının həmişə nəzərə alındığını söyləyir. Onun sözlərinə görə, buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq.
Buraxılış imtahanı ilə qəbul imtahanını birləşdirmək lazımdır
Təhsil üzrə ekspert Nadir İsrafilov qəzetimizə açıqlamasında bildirib ki, buraxılış imtahanının attestat qiymətinə təsiri yoxdur və bu, səriştənin yoxlanılmasına xidmət edən imtahandır: “İstər-istəməz ictimaiyyətdə sual yaranır ki, şagird hələ attestat almayıb, bu tərəfdən də buraxılış imtahanı verir? Çıxış yolu dünya təcrübəsində təkpilləli vahid imtahan sistemidir. Buraxılış imtahanı ilə qəbul imtahanını birləşdirməklə həm şagird attestat almış olacaq, həm də topladığı bal əsasında ixtisaslarını seçəcək. Bir çox ölkələrdə bu sistem tətbiq olunur. Attestat qiyməti ilə imtahansız qəbul keçirən modellər də mövcuddur. Mən bunun tərəfdarı deyiləm. Biz hələ buna hazır deyilik. Şagirdlərdə müəyyən arxayınlıq yarada bilər”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

