Rüstəm İbrahimbəyovun dönüşü
17.03.2022 [10:40]
Yazıçının ölümünə nekroloq əvəzi
F.UĞURLU
Onun imzası qardaşı Maqsudla birgə nəsrimizin altmışıncılar nəslinin pleyadasında qərar tutub. Hansı adlar var bu cərgədə - İsa Hüseynov, Sabir Əhmədli, Çingiz Hüseynov, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu, İsi Məlikzadə, nəhayət, İbrahimbəyov qardaşları. Əsərlərini rusca qələmə alsalar da, bu qardaşlar milli zəmindən uzaqlaşmayıblar, Bakı-Abşeron mühitindən, demək olar, aralanmayıblar.
Rüstəm İbrahimbəyov üstəlik, bütün dünyada həm də böyük dramaturq (kinodramaturq da deyə bilərik) kimi tanınıb. Yadımdadır, hələ ötən əsrin səksəninci illərində onun “Şirə bənzər” pyesinə Amerikadan üzü belə dünyanın onlarla sanballı teatrının səhnəsində quruluş verilmişdi. Sovetlərin kəshakəs vaxtında yazdığı “Ultimatum” adlı pyesində İbrahimbəyov qardaşlarının kiçiyi Azərbaycanda bolşevik hakimiyyətinin qurulması ərəfəsində baş vermiş gərgin faciəvi hadisələri cəsarətlə qələmə almışdı. “Yaşıl qapı arxasındakı qadın” pyesində, pyes əsasında çəkilmiş filmdə Jan-Pol Sartrın oxşar adlı (“Bağlı qapı arxasında”) dramatik əsərində olduğu kimi öz tənhalığının sərhədini aşa bilməyən yalqız, köməksiz insanların ekzistensial cəhənnəmini dövrün saxta həyat himnlərinin sədaları altında çəkinmədən səhnəyə, ekrana gətirmişdi.
Ömrünün çoxunu Vətəndən qıraqda keçirsə də, xalqımız onun yaradıcılığına yaxşı bələddir, ən azı buna görə ki, neçə-neçə hekayəsi, povesti, pyesi əsasında filmlər çəkilib, o filmlərin bir qismi (“Bir cənub şəhərində”, “İstintaq”, “Park”, “Anın hökmü”, “Bağlı qapı”, “Ad günü”...) ölkəmizdə böyük populyarlıq qazanıb, həm də bir yox, bir neçə nəsil arasında. İbrahimbəyov Bakıdan, Abşerondan, Azərbaycandan aldığı borcu öz sənətinin bərəkətli dövriyyəsi hesabına bütöv bir xəzinəyə çevirməklə vətəninə, xalqına artıqlamasıyla qaytarıb. Nəhayət, son borcunu - 83 ildən bəri ruhunun əynində gəzdirdiyi bədənini də ana torpağa təhvil verdi.
Vaxt, zaman, zamanın insan cismindəki izi, dağıntısı olan yaş öz sözünü inadla deməkdədir - altmışıncılar pleyadasının öncülləri gün keçdikcə azalır. Onların Azərbaycan ədəbiyyatı, incəsənəti qarşısında xidmətləri böyükdür. Doğrudur, bu xidmətlərdən sui-istifadə halları da az olmayıb, elə indi də olur, ancaq belə hallar o xidmətləri danmağa əsas vermir. O bünövrənin üstündə durmayan Azərbaycan yazıçısı çətin ucala bilsin. Sənətdə sələf-xələf dialoquna girmədən, vərəsəlik prinsipini qorumadan irəli yarımca addım belə atmaq mümkün deyil.
Rüstəm İbrahimbəyov bir ziyalı kimi də çəkingən olmayıb, məqamında öz sözünü cəsarətlə deyib. Düzdür, onun bəzi fikirləri cəmiyyətimizdə birmənalı qarşılanmayıb, haqlı-haqsız etirazlar da doğurub, ancaq müzakirə, polemika elə ondan ötrüdür ki, deyilən sözü çözələyib, saf-çürük eləyib, sonda bir ortaq məxrəcə gələsən. Hər kəs xora qoşulmağa borclu deyil, biz xoşumuza gəlməyən, mənafeyimizə toxunan fikirləri də səbirlə dinləməklə cəmiyyətimizə dözümlü, tolerant olmağı aşılamalıyıq. Həm də quşu quşla tutarlar, yəni sözün qabağına sözlə çıxarlar, fikri fikirlə yıxarlar.
Rüstəm İbrahimbəyovun əsərləri arasında məni ən çox təsirləndirən “Anın hökmü” (orijinalda: “Struktura momenta”) povesti olub. Əsərin qəhrəmanı müəllifin antipodudur. O da Rüstəm kimi karyera ardınca Moskvaya gedib, ancaq müəllifindən fərqli olaraq bütün həyatını yalan üzərində qurduğundan ömrü puça çıxıb, nəsibi nökərlik, lakeylik olub. Prototipi Mingəçevir olan xəyali Səngəçevir şəhərinə - doğulduğu yurda, dostlarının arasına qayıdandan sonra personajın illər boyu danışdığı yalanlar ifşa olunur, onun saxta bir ömür yaşadığı üzə çıxır. Sonda belə görünür ki, doğma yuvası - anasından qalma qapısı bağlı ev də bu anti-qəhrəmanın yalan zəlzələsinin dağıntıları altında çiliklənmiş həyatını qurtara bilməyəcək...
Rüstəminsə dönüşü tam ayrı oldu - o, istedadının yedəyində dünyanı dolaşıb özünü, öz varlığını sübuta yetirəndən, xalqının imzasını növbəti dəfə təsdiqlədəndən sonra sakit, təvazökar bir qayıdışla yurduna döndü. Çevrə qapandı, səfər başa çatdı. Fiziki ömür bitdi, mənəvi ömür davam eləyir.
Dönüşün mübarək, Rüstəm bəy! Bəylik sənə çox yaraşırdı...
Xəbər lenti
Hamısına baxMaraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07

