Bir içim su üçün savaşacağıq
06.04.2022 [10:32]
Şimal qütbü 58 kilometr sürüşüb
İlhamə
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qlobal istiləşmə ilə bağlı çağırış edib. O, sağlam və parlaq gələcək naminə bütün ölkələri sıfır emissiyalı uzunmüddətli strategiyalar qəbul etməyə çağırıb. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin son hesabatına əsasən, bu günə qədər ayrı-ayrı dövlətlərin gördüyü tədbirlər qlobal istiləşməni 1.5C-yə qədər azaltmaq üçün yetərli olmayıb.
Uçurumun tam kənarına çatsaq da, irəli getməkdə israrlıyıq. Yer ömrünün ən qalmaqallı dövrünü yaşamağa məhkum olan nəsilik. Geofiziklərin iddiasına görə, Yer kürəsi öz qütbünü şimaldan qərbə doğru 58 kilometr dəyişib. Başqa sözlə qütb sürüşür. Tədqiqatçıların sözlərinə əsasən, hazırda şimal maqnit qütbü Kanadadan Sibir istiqamətində hərəkət edir. Hərəkətin sürəti bir il ərzində 50 km təşkil edir. Bu da öz növbəsində böyük qlobal fəlakətlərə səbəb olacaq. Qütbün bu cür sürətlə yerdəyişmə səbəbi naməlumdur. Nəticədə Rusiyanın Sibir bölgəsində istiləşmə prosesi gedir, Qərbi Avropada-Fransa, İspaniya, İtaliyada temperatur kəskin şəkildə mənfiyə doğru dəyişir, Asiya ölkələrində yağıntı səviyyəsi fəlakət həddinə çatır. Yer kürəsi özünün hər 12 000 ildən bir təkrarlanan kataklizmlər dövriyyəsinin son 3 ilinə qədəm qoyub. Vladimir Burbenkov, amerikalı alim Meynard Uayt, Duqlas Boqt, Aleksandr Baturin kimi görkəmli geofiziklər bu barədə illər öncə məlumat veriblər.
Hər 12 min ildən bir bizim Günəş sistemimiz qalaktikada kiçik qarşılıqlı təsir məkanına daxil olur. Yer kürəsində baş verən bu hərəkətlər, kosmik, qalaktik təsirlər nəticəsində yaranır. Yerin maqması daha da istilənib və yer qabığına doğru qalxıb. Yer bu çalxalanmanı keçməyə məhkumdur. İndiki mərhələdə biz bunun qarşısını almağa qadir deyilik. Üstəlik, atmosferə buraxdığımız zəhərli qazlarla qlobal fəlakətin ocağına odun atmış da oluruq.
Sənaye inqilabı nəticəsində ətrafa yayılan zərərli qazlar astma və digər tənəffüs yolu xəstəliklərinin artmasına səbəb olur. Əgər Yer məhv olmayıb sağ qalsa, 2100-cü ildən orta temperatur göstəricilərinin 5,8 dərəcə yüksələcəyi proqnozlaşdırılır. Yer üçün 1 dərəcənin belə fəlakət olduğunu nəzərə alsaq 5,8 dərəcə dəhşətli göstəricidir. Qlobal istiləşmə kütləvi qida və su qıtlığına, böyük insan köçlərinə, yeni münbit şərait uğrunda dəhşətli müharibələrə səbəb ola bilər. Əlbəttə, əgər insanlar 50-60 dərəcəlik isti havalarda ölməyib sağ qala bilsələr. Qlobal istiləşmə ən çox Arktik ərazilərə öz təsirini göstərir. Arktikada buzlar çox sürətlə əriyir, 2040-cı ildə, Arktikada yay aylarında buz olmayacaq. Qlobal istiləşmə səbəbindən istiliyi artan sularda beyin yeyən amöblər və digər bakteriyalar sürətlə çoxalacaq. Cənubi Florida Universiteti yoluxucu xəstəliklər mütəxəssisi, professor Sandra Qompf “ət yeyən bakteriya” olaraq tanınan duzlu su mikrobu “Vibrio vulnificus” və şirin sulardakı “Naegleria fowleri” kimi təhlükəli parazitlərin qlobal istiləşmə nəticəsində istilənən sularda arta biləcəyini deyib.
Kaliforniya Universitetinin professoru Yun Şen də həddindən artıq quraqlıq yaşanan bölgələrdəki su ehtiyatlarında artma potensialı yüksək olan parazitlərin şəhərlərin su şəbəkələrinə də qarışma ehtimalının olduğunu bildirib.
Qlob?l istiləşmənin fəsadları bir çox ölkələr kimi Azərbaycanda da artıq özünü göstərməyə başlayıb. Quruyan Kür, Araz və sahillərindən 5-6 metr geri çəkilmiş Xəzər dənizi belə deməyə əsas verir. Fəlakət qapını döymədən hazırlıq tədbirləri gücləndirilməlidir. Yoxsa, dünyanın milyardlarla insanı Kərbəla müsibətinin iştirakçısına çevriləcək.
Hələliksə insan bütün problemlərinin həlli yolu olaraq oturub düşünməyi, məsləhətləşməyi deyil, müharibələri görür.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

