Qınayan yox, anlayan olmalıyıq
12.04.2022 [10:26]
“Cəmiyyət olaraq harmoniya içərisində yaşamaq istəyiriksə, öncə ehtiramımızı, sevgimizi ötürməyi, gözəl danışmağı öyrənməliyik. Qınayan yox, anlayan bir cəmiyyət olmalıyıq”.
Qonağımız “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzinin direktoru Günel İbrahimdir. Günel xanımla müasir dünyada və iş həyatında etikanın rolu barədə danışmışıq.
İlhamə HƏKİMOĞLU
Etiket üzrə instutlar, tədrsi mərkəzləri dünyada ABŞ , Böyük Britaniya Almaniyada illərdir mövcuddur. Qafqazda ilk olaraq Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərir. “Etika Akademiyası” – inkişaf mərkəzi olaraq etik dəyərləri və prinsipləri aşılayan , texniki biliklərdən əlavə olaraq bacarıqları öyrədir. Akademiyanın əsas məqsədi yüksək etik standartlara cavab verən kadrları formalaşdırmaqdır. Özünü ifadə etmək bacarığı, nitq mədəniyyəti, asanöyrənmə, liderlik kimi bacarıqlarla dünya bazarına çıxarmaq, yüksək standartlara cavab verən etikanı iş aləti kimi mənimsətdirməkdir. Müasir etika uğurun iş aləti , dəyərlərə sədaqət isə ədalətli karyera , ailə institutunun sütünü, tədrisin aliliyidir. “Etika Akademiyası” – inkişaf mərkəzində “Etiket dərnəkləri”, “Kübar xanım” və “Alicənab məktəbi”, “Liderlik və Motivasiya kursları”, “Müştəri məmnuniyyəti” , “Gözəl danışma sənəti” ilə bağlı təlimlərimiz vardır. Məqsədimiz 6 yaşdan yuxarı olan hər bir insanı etik dəyərlər, motivasiya metodları ilə tanış etmək və hədəflərinin reallaşmasına dəstək verməkdir”,- deyə Günel İbrahim bildirmişdir.
Günel xanım qeyd etdi ki, 7 illik fəaliyyət çərçivəsində onların təlimlərindən xüsusilə ailə institutunun üzvləri , şirkətlər, dövlət qurumları yararlanırlar. Ömrümüzün böyük hissəsini iş mühitində keçiririksə, bu mühiti sağlam və mədəni saxlamalıyıq. Əks halda, insanlar qeyri-etik davranışdan, sözdən çox yorulur, hətta xəstələnir.
“İşdə heç kim bir-birini sevmək məcburiyyətində deyil, amma hamı qarşılıqlı hörmət etməyə, etik davranmağa borcludur”,- deyə o bildirir.
“50-60 yaşlı adam bu təlimlərə gəlməklə öz xasiyyətlərindən, vərdişlərindən əl çəkə bilərmi?” sualına Günel xanım maraqlı cavab verir. “Etikanı yalnız gənclər öyrənmir. Korporativ ruhun olmaması, komanda ruhundan uzaq qalmağın iş mühitinə vurduğu zərbəni bir çox iş adamları bilir və etikanın önəmini bu çətin dövrdə xüsusi anlayır. Daxili harmoniya və etiket mütləq çölə, yəni şirkət haqqında təəssürata yansıyır. Biznes dünyası bunu yaxşı bilir. Davranışlarda daxili etiketi yüksək olmayan şirkətlər ciddi qarşılanmır, onlarla işləməkdən həm tərəfdaşlar , həm müştərilər çəkinirlər. Hal-hazırda dövlət qurumlarında da peşə etikasına, etik davranışlar kodeksinə ciddi tələbkarlıq var. Təlimlərimiz dövlət qurumlarına birgə faliyyət çərçivəsində həyata keçir. O ki qaldı təcrübəsi böyük olan , ahıl yaşda insanların etiket dərsləri almaları ilə bağlı suala, onlar da bizim təlimlərdən yararlanırlar. Çünki beyin yorğunluğu sürətli müasir dəyişikliklərə adaptasiya olmaq çətinlik törədir. Bizim beyin saölamlığı ilə bağlı məşqlərimiz, aydın fikirlər, asanöyrənməni təmin edir. Əlbəttə bu məşqlər və biliklər davranışlarda da öz doğru əksini tapır.
Bəzən biz əmrlə, əmirvarilik arasındakı fərqi anlamırıq. Tapşırıq vermək ayrı bir şeydir, əməkdaşı öz sözlərinlə yaralamaq, aşağılamaq başqa bir şeydir. Bu anlayışlar bir-birinə qarışanda münasibətlər korlanır. İnsan özü də əsəbləşir, başqalarını da narahat edir”, - deyə Günel İbrahim qeyd edir.
-Etik qaydalar dedikdə, ilk növbədə, ağla ailədaxili münasibətlər gəlir. Ər-arvad, qaynana-gəlin, övlad-valideyn, sevgililərarası münasibətlər. Öz aralarında danışıq dili tapa bilməyənlər üçün “Etika Akademiyası” yaxşı çarədir. Günel xanımın dediyinə görə, pandemiya dövründə bir çox ailələr ünsiyyətdə ciddi çətinliklər cəkib, ailə içində anlaşa bilmədiklərini hiss etmişdilər. Birgə yaşamaq mədəniyyəti öyrənilməlidir və stresədavamlılıqda xoş söz , xoş davranış əsas meyyardır. Bir çox ailələr bizim mərkəzdə ailə instutu ilə əlaqədar təlimlərə qoşulmuşdur.
“Çox zaman ikili münasibətlərdə problemi yaradan səbəb insanların düzgün davranış sərgiləyə bilməməsidir. Fikirlərini ifadə etməkdən çəkinmələridir. Bizim mərkəzə gəlmək işin yarısı deməkdir. Təlimlərimizdə nitq mədəniyyəti , doğru ifadə edə bilmək bacarığı, narazılqları dəf etmə texnikaları öyrədilir. Bu dünyada sözlə həllini tapmayan heç bir vəziyyət yoxdur. Ən böyük müharibələr də sonda diplomatiya, söz yolu ilə həllini tapır, sülh bağlanır. Cəmiyyət olaraq harmoniya içərisində yaşamaq istəyiriksə, öncəehtiramımızı, sevgimizi ötürməyi, gözəl danışmağı öyrənməliyik. Qınayan yox, anlayan bir cəmiyyət olmalıyıq”.
-Ətrafda etiket qaydalarını bilməyən çoxlu sayda kobud insanlar varkən, etika qaydalarına bürünmüş zərafətlə yaşamaq insanı zəif salmazmı? Necə deyərlər, intelligentin ən böyük düşməni öz intelligentliyidir. Günel xanımın fikrinə görə, tam əksinə, kobud adamlar ən zəif adamlardırlar.
“Etika zəiflətmir , əksinə gücləndirir. Özü ilə barışıq olmayan insan hər kəslə dava edər. Kobud insanın nə fikri, nə emosiyaları, nə sözü özünə tabe deyil. Etiketi yüksək olan adamın ağıl sakitliyini kimsə əlindən ala bilməz. Ona görə özünü idarə edə bilən adama zəif demək olmaz”.
Günel xanım deyir ki, sevgini həddindən çox, bayağı göstərmək də qeyri etikdir , heç göstərməmək dəkobudluqdur : “Aşırı sevinmə həyat enerjisini oğurlayır, aşırı kədərlənmələr də. Məsləhət istənilməyən yerdə məsləhət vermək gərək deyil. Çox açıq ürəkli insanlar bunu edirlər, gözəl insandırbəlkə, lakin sizdən soruşmayıblarsa qiymətləndirmənitqindən çəkinmək lazımdır. “
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

