Karikaturamızın dünəni... bəs bu günü?
29.04.2022 [11:04]
MÜŞFİQƏ
Karikatura gündəlik həyatımızda baş verən neqativ hallara istehzalı münasibət bildirən, eləcə də şişirdərək təhrif edən rəsm növüdür. Bu növə daha çox ədəbiyyat və mətbu orqanlarda rast gəlinir. Sənətçilərin təbirincə desək, rəsmi bütün rəssamlar, karikaturanı isə içində satira ruhu olan rəssamlar çəkə bilər. Bu sənətdə hadisəyə sarkastik-ironik yanaşılır, hadisənin və ya şəxsin xarakterik cizgiləri rəssamlıq texnikasının köməyi ilə gülməli vəziyyətə salınır. Tarixin ilk karikaturaları Leonardo Da Vinçi tərəfindən çəkilib. İlk karikatura kitabı isə 1762-ci ildə İngiltərədə nəşr olunub. Bu gün dünya karikaturası tamamilə yeni qiyafəyə bürünərək özünü media kimi və ideoloji formada göstərir.
Tarixi ənənələr
Ölkəmizdə isə karikatura sənətinin tarixi ənənəsi var. Zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi mühüm inkişaf yolu keçib. Bu mənada, “Molla Nəsrəddin” jurnalının müstəsna xidmətləri var. Jurnal həm də karikatura rəssamlığımızın əsasını qoyub. Dərginin ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi Oskar Şmerlinqdir. Onun ustalıqla yaratdığı Molla Nəsrəddin obrazı jurnal vasitəsilə Azərbaycanda və Orta Asiyada, İranda və Türkiyədə, Qafqazda, hətta Avropa ölkələrində geniş yayıldı və qəbul olundu. XX əsrin əvvəllərindən indiyədək müxtəlif ölkələrdə çap olunan kitablarda Şmerlinqin yaratdığı Molla Nəsrəddin obrazından istifadə olunur. Molla Nəsrəddin həm də Mirzə Cəlilin satirik gülüşünü, acı fəryadlarını, xalqın faciələrlə dolu həyatını, məzhəkələrlə dolu məişətini əks etdirən bir obrazdır.
Ölkəmizdə karikaturanın tarixi və yeni bir janr kimi formalaşması “Molla Nəsrəddin” jurnalının adı ilə bağlı olsa da, inkişafına 1952-ci ildən nəşr olunmağa başlayan “Kirpi” jurnalı təkan verib. Belə ki, ötən əsrin 30-cu illərində “Molla Nəsrəddin” fəaliyyətini dayandırdıqdan sonra “Kirpi” jurnalı dahi Üzeyir Hacıbəyovun, Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının ənənələrinə sadiq qalmağı qarşısına məqsəd qoydu. Satirik jurnalın əsas iş prinsipi cəmiyyətdəki nöqsanları üzə çıxarmaq, haqqın, ədalətin öz yerini tapması idi. Mətbuatda Kommunist Partiyasının ideologiyası, siyasəti təbliğ olunduğu bir dövrdə öz kəskin yazıları, felyetonları, karikaturaları ilə tez bir zamanda sevilməyə başladı. Dərgi sovet hakimiyyəti illərində öz cürətli çıxışları ilə cəmiyyətdəki nöqsan və problemləri əsasən karikaturalar vasitəsilə əks etdirdi.
Jurnalın oxunaqlı olması bu sahəyə peşəkar rəssamların axını ilə müşayiət olundu. Burada Əzim Əzimzadə məktəbini davam etdirən Nəcəfqulu İsmayılov, Tahir Salahov, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Ziya Kərimbəyli, Sadıq Şərifzadə, Ələkbər Zeynalov, Arif Ələsgərov, Adil Quliyev, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız yetişdi. Bir sözlə, “Kirpi” jurnalının çap olunması karikatura janrının inkişafında müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin yaranmasına təkan oldu.
Karikatura ömrünü tamamladı?
Hazırda düşüncə sənəti dünyada ən yayğın janr olsa da, ölkəmizdə bu sahəyə maraq azalıb. Barmaqla sayılacaq qədər karikaturist var. Buna səbəb mediada karikaturaya üstünlük verilməməsidir. Ayrıca satirik jurnallar dərc edilsə də, ömrü uzun olmayıb. Karikaturistlər deyirlər ki, hazırda müəllifə qonorar ödəyən media qurumu olmadığı üçün çıxış yolunu beynəlxalq müsabiqələrə qatılmaqda görürlər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

